Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

AMEA jurnalistləri də düşünür

Azərbaycanda ilk dəfə olaraq jurnalistlər üçün genişhəcmli izahlı terminlər lüğəti hazırlanaraq çapa göndərilib

Azərbaycanda jurnalistlərin terminlərdən düzgün istifadə edə bilməsi üçün nəzarət mexanizmi hazırlanacaq. Azərbaycan Milli Elmlər Akademiyasının Terminologiya Komissiyasının sədr müavini Sayalı Sadıqovanın Simsar.az-a verdiyi məlumata görə, Azərbaycanda ilk dəfə olaraq, jurnalistlər üçün genişhəcmli izahlı terminlər lüğəti də hazırlanaraq çapa göndərilib. Lüğət yaxın bir ay ərzində çap ediləcək. Bundan sonra isə onun təqdimatı keçiriləcək. Bu lüğətdə terminlərin izahı ilə yanaşı, onun rus, ingilis və Azərbaycan dillərində qarşılıqları da verilib.

Sadıqova deyib ki, indiyədək jurnalistlər üçün 70-80 səhifəlik izahlı lüğət olub.

"Amma bu, ilk irihəcmli terminlər lüğətidir. Terminlər yazılarkən və söylənilərkən bu lüğətdən mütləq şəkildə istifadə edilməlidir", - Sadıqova deyib.

Komissiyanın sədr müavini onu da bildirib ki, hazırda korroziya, avtomobil nəqliyyatı üzrə izahlı terminlər lüğəti hazırlanır.






9 Oktyabr, 2012  20:01 Baxılıb: 875 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner