Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Elşad İskəndərov ATƏT nümayəndələri ilə görüşüb

.

Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində qurumun sədri Elşad İskəndərov ölkəmizdə səfərdə olan ATƏT-in Fəaliyyətdə olan sədrinin dözümlülüyün təbliği üzrə şəxsi nümayəndələri səfir Adil Axmetov, hakim Ketrin MakGinnes və Ravin Endryu Beykerlə görüşüb. Komitədən Simsar.az-a verilən məlumata görə görüş zamanı Azərbaycanda dini, milli və irqi məsələlərdə tolerantlıq müzakirə olunub. Komitə sədri ölkəmizdə istər dini, istərə də milli və irqi ayrı-seçkiliyin olmadığını deyib: Azərbaycanda yaşayan bütün xalqların nümayəndələri, o cümlədən müxəlif dinlərə mənsub olan insanlar arasında bir-birinə qarşı tolerant yanaşma mövcudur. Dövlət Komitəsinin yerləşdiyi məkandan 1 km radiusa yerləşən və dövlət tərəfindən bərpa edilmiş məscidlər, kilslər, o cümlədən Azərbaycan üçün yeni olan kotolik icmasının kilsəsini və sinaqoqları ziyarət etsəz dini icmalar arasında münasibətlərin tolerantlığın ötəsində olaraq qarşılıqlı hörmət səviyyəsində inkişafının bariz nümunəsinin şahidi olacaqsınız”.

 

ATƏT nümayəndələri dünya ölkələrində mövcud olan qeyri-tolerant yanaşmaların Azərbaycanda olmamısından məmnunluğunu ifadə ediblər. Azərbaycanda olan tolerant mühit hazırda dünya ölkələrinin əksəriyyətində mövcud deyil deyiblər. 

 

Görüşdə həmçinin ATƏT-lə birgə bu mövzuda həyata keçirilə biləcək konkret layihələr müzakirə olunub. 

 

Qeyd edək ki, görüşdə ATƏT-in Tolerantlıq və Qeyri-ayrı seçkilik İdarəsinin və Dövlət Komitəsinin  məsul əməkdaşları iştirak ediblər. 

 

 






9 Oktyabr, 2012  18:55 Baxılıb: 838 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



sagbanner