Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Gülər Əhmədovanın açıqlaması yayıldı

Sabiq millət vəkili Gülər Əhmədova son günlər barəsində yazılanlarla bağlı açıqlama verib. 

Simsar.az saytına göndərilən açıqlamada qeyd olunur: “Son günlər bir sıra mətbuat orqanlarında (ilk olaraq “Yeni Müsavat” qəzetində və ona istinadən digər mətbuat orqanlarında) mənim deputat mandatımdan könüllü imtina etməyimdən sonra həqiqətə uyğun olmayan informasiyalar dərc edilməkdədir. Bütün yazılanlara aydınlıq gətirmək məqsədilə mən, Gülər Mikayıl qızı Əhmədova bildirirəm ki, heç vaxt “Məndə də videolar var, yaya bilərəm” məzmunlu açıqlama verməmişəm. Mənə israrla zəng edən jurnalist xanıma bildirmişəm ki, bir vaxtlar bəzi qəzet baş redaktorları, habelə jurnalistləri barədə də videolar yayılanda “Mərkəz” qəzeti və saytı olaraq, həmin videoları dərc etməmişik. Həmin videoları yaya bilərdik, amma bunu etməmişik. Jurnalist xanım mənim bu açıqlamamı kontektsdən çıxardaraq, bilərəkdən və ya bilməyərəkdən təhrif etmiş və ictimaiyyətə yalnış formada təqdim etmişdir. Daha sonra digər resurslar bu yalnış informasiya üzərində təməli səhv analizlər aparmağa başlamışlar. Mən barəmdə yazılan həmin açıqlamanı qəti şəkildə təkzib edirəm”.

G.Əhmədova qeyd edir ki, mənsub olduğu Yeni Azərbaycan Partiyasının rəhbər şəxsi ilə aralarındakı münasibətləri qəsdən pozmaq cəhdlərinə də etiraz edir: “Facebook”dakı səhifəmdə zarafatyana və sırf dostlarımla müzakirə aparmaq məqsədilə bir şeir paylaşmışdım. Bu, sadəcə bir şeir idi və heç bir şəxsə və ya şəxslərə, habelə quruma və ya təşkilata ünvanlanmayıb. Çox təəssüf edirəm ki, yenə də yuxarıda adını çəkdiyim həmin qəzet mənim “Facebook”da paylaşdıqlarımı yalnış istiqamətə yozaraq ictimaiyyətdə barəmdə qərəzli münasibət formalaşdırmağa çalışmışdır. Bir daha bütün KİV və ictimaiyyət nümayəndələrini əmin edirəm ki, “Facebook” sosial şəbəkəsində paylaşdığım fikirlər bir vətəndaş kimi dostlarımla müzakirə aparmaq məqsədi daşıyır və heç bir alt məna kəsb etmir. Mənsub olduğum Yeni Azərbaycan Partiyasına və onun nizamnamə və məramnaməsinə sadiqəm və həmişə də sadiq qalacam. İstintaq getdiyindən heç bir açıqlama verməmək qərarına gəlmişəm və hər hansı açıqlamanın istintaqın gedişinə təsir edəcəyini düşünürəm. Odur ki, bütün jurnalistlərdən, KİV nümayəndələrindən xahiş edirəm ki, məndən hər hansı açılqlama almaq istəklərini istintaqın bitməsinə qədər saxlasınlar və barəmdə yazılan şayiələri xəbərə çevirib ictimaiyyətin və istintaqın fikrini yalnış istiqamətə yönəltməsinlər”.






9 Oktyabr, 2012  18:36 Baxılıb: 948 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner