Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Macarıstan-Azərbaycan biznes forumu keçirilib

Azərbaycan nümayəndə heyəti Macarıstanda səfərdədir



İqtisadi İnkişaf naziri Şahin Mustafayevin rəhbərliyi ilə rəsmi şəxslərdən və iş adamlarından ibarət Azərbaycan nümayəndə heyəti Macarıstanda səfərdədir.

Nazirliyin mətbuat xidmətindən Simsar.az-a verilən xəbərə görə, səfər çərçivəsində Nazirliyin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) və Macarıstanın İnvestisiyalar və Ticarət üzrə Agentliyinin təşkilatçılığı ilə Macarıstan-Azərbaycan biznes forumu keçirilib.

Tədbirdə Azərbaycan və Macarıstan tərəfindən rəsmi şəxslərlə yanaşı, kənd təsərrüfatı, səhiyyə, maliyyə, tekstil, tikinti, İKT və s. sahələrdə fəaliyyət göstərən 130-a yaxın iş adamı iştirak etmişdir.

Macarıstanın Dövlət Katibi, Azərbaycan Respublikası Hökuməti və Macarıstan Respublikası Hökuməti arasında İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın həmsədri Peter Siyarto Azərbaycan nümayəndə heyətinin ölkəsinə səfərindən məmnunluğunu ifadə etmiş, biznes forum, işgüzar görüş və investisiya imkanlarına dair təqdimatların sahibkarlar arasında əməkdaşlığın daha da genişlənməsində, ikitərəfli ticarət əlaqələrinin inkişafında əhəmiyyətli olduğunu vurğulamış, hər iki ölkənin iqtisadi sahədə böyük potensiala malik olduğunu deyib.

İqtisadi İnkişaf naziri, Azərbaycan və Macarıstan hökumətiləri arasında İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın həmsədri Şahin Mustafayev dövlət başçılarının qarşılıqlı rəsmi səfərlərinin, aparılan danışıqların ikitərəfli əlaqələrin genişlənməsində əhəmiyyətini vurğulayıb. Bildirib ki, Azərbaycanda Macarıstan kapitallı 4 şirkət fəaliyyət göstərir. Ötən il iki ölkə arasında ticarət dövriyyəsi 2,6 dəfə artıb. Azərbaycan və Macarıstan arasında iqtisadi sahədə əməkdaşlığın inkişafında Hökumətlərarası Komissiyanın fəaliyyəti də xüsusi əhəmiyyət kəsb edir. Hər iki ölkənin işgüzar dairələri arasında əməkdaşlığın daha da inkişafı üçün Azərbaycan və Macarıstan arasında siyasi, hüquqi və iqtisadi zəminin mövcud olduğunu qeyd edən Nazir Şahin Mustafayev kənd təsərrüfatı, tikinti, enerji, İKT, turizm, səhiyyə və maliyyə sahəsində əlaqələrin genişləndirilməsi üçün böyük potensialın olduğunu bildirib.

Macarıstanın İnvestisiya və Ticarət Agentliyinin (HİTA) sədri Erjebet Doboş Macarıstan iqtisadiyyatına, AZPROMO-nun prezidenti vəzifələrinin icraçısı Rüfət Məmmədov Azərbaycanın biznes və investisiya imkanlarına, Azərbaycan İnvestisiya Şirkətinin icraçı direktoru vəzifəsini icra edən Rövşən Nəcəf təmsil etdiyi qurumun fəaliyyəti və həyata keçirdiyi layihələrə dair təqdimatlarla çıxış ediblər.

Tədbir çərçivəsində Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası ilə Macarıstan İşverənlər və Sənayeçilər Konfederasiyası arasında, Macarıstan Gənc Sahibkarlar Milli Assosiasiyası ilə Azərbaycan Gənc Sahibkarlar Şəbəkəsi arasında əməkdaşlığa dair anlaşma memorandumları imzalanıb. Bundan başqa, Macarıstanın “Hartong-Malt KFT” şirkəti ilə Azərbaycanın “Prestij-Naxcivan Pivəsi” şirkəti arasında pivə istehsalı üçün xammal təchizatına dair müqavilə imzalanıb.

Biznes forum iş adamları arasında ikitərəfli görüşlərlə davam edib.

Bu gün Azərbaycan Respublikası Hökuməti və Macarıstan Respublikası Hökuməti arasında İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın III iclası keçiriləcəkdir.

Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti bir sıra görüşlər keçirəcək, istehsal müəssisələrinin fəaliyyəti ilə tanış olacaqdır.

Xatirə









9 Oktyabr, 2012  16:43 Baxılıb: 1079 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner