Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Millət vəkili Texasda Azərbaycan məktəbində olub

Qənirə Paşayeva Amerikada Azərbaycan dili və mədəniyyətini öyrədən məktəbdə olub

Millət vəkili Qənirə Paşayeva ABŞ-nın Hyuston (Texas Ştatı) şəhərində yenicə fəaliyyətə başlayan, Azərbaycan dili və mədəniyyətini öyrədən məktəbi ziyarət edib. TÜRKSOY-un sədri Düsen Kaseinov da məktəbi millət vəkili Qənirə Paşayeva ilə bərabər ziyarət edib. Türk Mədəniyyət Mərkəsinin binasında fəaliyyət göstərən məktəb Azərbaycan-Amerika Mədəniyyət Alyansının (Azerbaijani American Cultural Alliance - AACA) direktoru İsmail Əhmədovun təşəbbüsü ilə fəaliyyətə başlayıb.

Simsar.az-a daxil olan məlumatda bildirilir ki, Azərbaycan-Amerika Mədəniyyət Alyansının (Azerbaijani American Cultural Alliance - AACA) direktoru İsmail Əhmədov və müəllimlər millət vəkili Qənirə Paşayevaya və TÜRKSOY-un sədri Düsen Kaseinova məlumat veriblər ki, Hyustondakı Azərbaycan bazar məktəbində uşaqlar Azərbaycan dili və ədəbiyyatı siniflərinə yazıla bilərlər, rəngkarlıq kurslarına da gedə bilərlər. Artıq 22 uşaq Azərbaycan bazar məktəbini ziyarət edir, yaxın aylarda bir neçə uşağın da təhsil almaq üçün müraciət edəcək.
Kurslar konüllülük əsasında Azərbaycan icmasının üzvləri - pedaqoqlar Mirqələm Miriyev və Pərvin Əliyeva tərəfindən aparılır. Tədris proqramına Azərbaycan mədəniyyəti, rəqsləri, teatr dərsləri üzrə kurslar da daxildir. Gələcəkdə kursların təşkilatçıları böyüklər üçün də daha geniş təhsil spektrini təklif etmək niyyətindədirlər.
Millət vəkili Qənirə Paşayeva və TÜRKSOY-un sədri Düsen Kaseinov ABŞ da bu cür məktəblərin açılmasını önəmli hadisə adlandırıb və bu işdə əməyi olanları təbrik ediblər. Millət vəkili Qənirə Paşayeva bazar günü məktəbinin materiallarla təmin olunması istiqamətində Təhsil Nazirliyinə və Diasporla İş üzrə Dövlət Komitəsinə müraciət edəcəyini və özünün də bu istiqamətdə əlindən gələn dəstəyi əsirgəməyəcəyini deyib. Millət vəkili Qənirə Paşayeva və TÜRKSOY-un sədri Düsen Kaseinov müəllimlər, şagirdlər və valideynlərlə söhbət edib və geniş fikir mübadiləsi aparıblar.






9 Oktyabr, 2012  16:31 Baxılıb: 1211 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner