Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

SİYAVUŞ NOVRUZOV GÜLƏR ƏHMƏDOVANI DƏLƏDUZ ADLANDIRDI

“Axtarışa verilməlidir”, “Həbs qətiimkan tədbirləri də seçilməlidir”, “həmin addımların atılması ərəfəsindəyik”

Hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov sabiq deputat, YAP Qadınlar Şurasının üzvü Gülər Əhmədova ilə ABU-nun eks-rektoru Elşad Abdullayev arasındakı məlum məsələyə yenidən münasibət bildirib. 
Simsar.az-ın məlumatına görə, o, “Yeni Azərbaycan”a müsahibəsində G.Əhmədova barəsində daha açıq və daha sərt danışıb.

S.Novruzov bildirib ki, Azərbaycan ictimaiyyəti canlı, real video və stenoqram şəklində kimin-kim olduğunu gördü: “Ayrı-ayrı dövrlərdə dələduzlar da olub. Azərbaycan cəmiyyəti açıq şəkildə bunun şahidi oldu ki, ilk növbədə, heç bir dələduz kiminləsə dövlət arasında əlaqə yaratmaq imkanına malik deyil. Dövlətin özünün şəffaf siyasi xətti var, bu xətlə də dövlətin və millətin maraqlarını müdafiə edən siyasi kurs həyata keçirilir”.

S.Novruzov əlavə edib ki, kimin nə işlə məşğul olmasından asılı olmayaraq, dövlət strukturunda heç kim bu yolla özünə yer tapa bilməz: “Digər məsələlər isə prokurorluq tərəfindən araşdırılır və nəticədə hər kəs öz məsuliyyətinə əsasən cəzasını da alacaq. Bir məqam da var ki, bu şəxslərin-mən hər iki tərəfi nəzərdə tuturam, müəyyən adamların adlarını gündəmə gətirməsi, şantaj etməsi tamamilə yersizdir. Həmin şəxslər öz gözlərində tiri görmürlər, amma başqasının gözündə tük axtarmağa cəhd edirlər”.

S.Novruzov Gülər Əhmədovanın YAP-ın sədr müavini-İcra katibi Əli Əhmədov haqqında Facebook-da “Xoruz baba” deyə yazdığı statusu da pisləyib
“Məsələn, Gülər Əhmədova YAP-ın sədr müavini-İcra katibi Əli Əhmədov haqqında bəzi şeylər yazır. İnsan özünü bir tərəziyə qoymalıdır ki, kim kimdir, mən kimin haqqında nə yazıram, hansı hallarda bu söhbətləri mən apara bilərəm. İcra katibi Əli Əhmədov bütün Yeni Azərbaycan Partiyası üzvlərinin birmənalı fikrini ifadə edib. Mən, hətta deyərdim ki, millət vəkili Əli Əhmədov cəmiyyətimizin mövqeyini ifadə edib. YAP-ın sədr müavini Əli Əhmədovun fikrinə şərh verməyə birinci qabiliyyət, ikinci düzlük lazımdır. Bu keyfiyyətlərə malik olmayan insanlar özlərini ortaya atmasınlar”.

YAP rəsmisinin sözlərinə görə, bu məsələni siyasiləşdirməyə cəhd edən müxalifət bundan yararlanmağa çalışır:

“Hətta müxtəlif şəkillərdə, müxtəlif Avropa ölkələrinə bunun tərcüməsini göndəriblər…
…Təbii ki, onlar bu məsələdən öz siyasi maraqları üçün istifadə etməyə çalışırlar, amma bu da boş cəhddir. Burada dələduzluq məsələsi var. Bu dələduzluq məsələsi də prokurorluq orqanları tərəfindən ciddi şəkildə araşdırılmalıdır, qanun tələb etdikdə həbs qəti imkan tədbirləri də seçilməlidir. Fikrimcə, artıq həmin addımların atılması gözlənilən ərəfədəyik. Artıq kimlərsə axtarışa verilməlidir. Ortada fakt var. Bu fakta əsasən də rüşvət verən və rüşvət alan tərəflər hər ikisi cinayət məsuliyyətinə cəlb olunmalıdırlar. Artıq bunu siyasiləşdirməyə cəhd göstərmək, obrazlaşdırmaq, bununla da guya kimlərinsə üstünə revanş etmək kimi addımlar atmaq həmin insanların uğursuz çabalamalarıdır. Belələri isə çabaladıqca batırlar. Ona görə də, çabalamaqla lüzumsuz, heç bir mənəvi haqqı olmayanların fikirlər ortaya atması yersizdir. Bu səbəbdən də mənim fikrimcə, belələri ilə hüquq-mühafizə orqanları ciddi şəkildə məşğul olmalıdır və qərarlarını qəbul etməlidir. Çünki bu iki şəxs arasındakı məsələ Azərbaycanın seçki sisteminə ləkə gətirir, Azərbaycanın imicinə xələl yetirir. İki dələduzun hansısa addımları atmasından şantaj kimi istifadə etməyə çalışanlar da tapılır. Onsuz da beynəlxalq aləmdə ədalətsizlik mövcuddur və bundan da ölkəmizə qarşı istifadə olunmasına şərait yaradırlar”.






9 Oktyabr, 2012  16:06 Baxılıb: 983 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner