Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Siyavuş Novruzov: “Müxalifət aksiya keçirib, pul almaq istəyir”

.

Müxalifətin aksiyaları mövsümi xarakter daşıyır. Bunu hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov İctimai Palatanın oktyabrın 13-nə planlaşdırdığı yürüş aksiyasına münasibət bildirərkən deyib.
"Misal üçün, görürsünüz aksiyalar yazda, payızda keçirilir. Görünür pulları qurtarıb, beynəlxalq təşkilatlardan bir az pul almaq lazımdır, çünki qarşıdan qış tətili gəlir, ona hazırlıq görürlər. Yazda aksiya keçirib sanatoriyalara gedirlər, indidə qışın tədarükünü görmək istəyirlər", - Novruzov bildirib.
Onun sözlərinə görə, ümumiyyətlə, onların sosial bazası, elektoratı yoxdur, onlar aksiyalar keçirməklə özlərinin beynəlxalq təşkilatlar qarşısında lüzumlu olduqlarını göstərmək istəyirlər. Ancaq Azərbaycanda artıq onların lüzumsuz olduğu bütün xalqa bəllidir.
Novruzov onu da qeyd edib ki, aksiya sərbəst toplaşma azadlığının tələblərinə uyğun olmalıdır. "Bakı şəhər İcra Hakimiyyəti hansı yeri müəyyənləşdirəcəksə, onlar da aksiyanı orada keçirməlidirlər. Digər halda qeyri-qanuni aksiya keçirilərsə, bunun qarşısı alınacaq", - YAP rəsmisi bildirib.

/TREND/






9 Oktyabr, 2012  15:47 Baxılıb: 961 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner