Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Bağçalara qəbul qaydaları dəyişdirildi

Əkiz uşaqlar üçün güzəşt ləğv olundu 

Azərbaycanda dövlət uşaq bağçalarına uşaq qəbul ediləndə ilk növbədə Qarabağ müharibəsi iştirakçıları və əlillərinin, hərbi xidmətdə olan ataların və işsiz valideynlərin uşaqları götürülməlidir.

Nazirlər Kabinetinin təsdiqlədiyi «Məktəbəqədər təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi»ndə nəzərdə tutulub.

Nizamnaməyə əsasən, dövlət məktəbəqədər uşaq müəssisələrinə (yəni, uşaq bağçalarına) ilk növbədə işləyən tək valideynlərin, təhsil alan anaların, I və II qrup əlillərin, Qarabağ müharibəsi iştirakçıları və əlillərinin, hərbi xidmətdə olan ataların, işsiz valideynlərin uşaqları, çoxuşaqlı ailələrdən olan uşaqlar, qəyyumluqda olan uşaqlar qəbul edilirlər.

Əvvəlki qaydalardan fərqli olaraq bu qaydalarda Qarabağ müharibəsi iştirakçıları və əlillərinin, hərbi xidmətdə olan ataların, işsiz valideynlərin uşaqlarına üstünlük hüququ verilib. Əvəzində əkiz uşaqlara verilən üstünlük ləğv edilib.

Nümunəvi Nizamnaməyə əsasən, bundan sonra uşaqları bağçaya qəbul edəndə valideynlərin gəlirləri barədə sənəd tələb olunmayacaq.

Digər yenilik ondan ibarətdir ki, yeni nizamnaməyə əsasən, bağçalara 1 yaşınadək uşaqlar qəbul edilməyəcək. Belə ki, sənəddə məktəbəqədər təhsil müəssisəsində qruplar 1-6 yaş arasında olan uşaqlardan təşkil olunacaq.






9 Oktyabr, 2012  15:32 Baxılıb: 1224 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner