Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

“MƏRKƏZ” QƏZETİ BAĞLANIR?

.

Sabiq millət vəkili Gülər Əhmədovanın təsisçisi olduğu “Mərkəz” qəzetinin bağlanacağına dair xəbərlər dolaşır. Simsar.az saytına daxil olan məlumata görə, G.Əhmədova ilə bağlı videolar yayılandan sonra qəzetin bağlanması gündəmə gəlib. 

Fəaliyyətini dayandırmış Azərbaycan Beynəlxalaq Univeristetinin (ABU) rektoru Elşad Abdullayev sentyabrın 25-də sosial şəbəkələrdə yaydığı 16 dəqiqəlik videogörüntüdə G.Əhmədova rektordan deputat seçilməsi üçün 1 milyon manat pul istəyir. Videoçəkiliş 2005-ci il parlament seçkiləri ərəfəsində aparılıb. Faktla bağlı Bakı şəhər Prokurorluğunda dələduzluq maddəsi ilə cinayət işi açılıb.

Gülər Əhmədova isə parlamentə deputatlıq mandatının ləğv olunması üçün müraciət edib və MSK oktyabrın 3-də onun mandatını ləğv edib.

İbtidai istintaqın aparıldığı bir müddətdə “Mərkəz” qəzeti təsisçisinin müdafiəsilə məşğuldur. Müxtəlif sənət adamlarının adından qəzetdə G.Əhmədovanın müdafiəsi ilə bağlı fikirlər dərc edilir. Xalq artisti Habil Əliyev “Mərkəz” qəzetində onun adından yalan məlumatlar yazıldığını bildirib: “Mən Gülər Əhmədovanı müdafiə etməmişəm. Bu barədə mənə heç kəs zəng etməyib. Adımdan özləri yazıblar”.

Həmçinin sabiq millət vəkili Bakı Dövlət Universitetinin Sosial Elmlər və Psixologiya Fakültəsində baş müəllim işləyir. Amma o, barəsində açılan cinayət işindən sonra BDU-ya getmir.

“Mərkəz” qəzetinin redaktoru Qızılgül Abdinova Simsar.az-a bildirib ki, qəzetin bağlanacağı barədə onlarda heç bir məlumat yoxdur: “Biz hələ redaksiyadayıq və işimizi davam etdiririk” “Maaşınız vaxtında verilibmi” sualına redaktorun cavabı belə olub: “Biz maaşı hər ayın ortasında alırıq”.

Qeyd edək ki, “Mərkəz” qəzeti hökumətyönümlü qəzetdi və KİV-in İnkişafına Dövlət Dəstəyi Fondundan hər il qrant alır.

RUSLAN 






9 Oktyabr, 2012  14:34 Baxılıb: 1163 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner