Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

“RÜŞVƏT ALANI TUTURUQ, YERİNƏ TƏYİN OLUNAN ŞƏXS DƏ AZ SONRA KORRUPSİYAYA BULAŞIR”

İlham Əliyev: “İslamofobiya xəstəliyinə düçar olmuş bəzi dairələrin gündəlik fəaliyyəti Azərbaycanı qaralamaqdan ibarətdir”

Tərtərdə yeni tikilmiş Gənclər Mərkəzinin açılışında iştirak edən prezident İlham Əliyev çıxışında bildirib ki, uzun illər, əsrlər boyu başqa imperiyaların, ölkələrin tərkibində yaşamağımıza baxmayaraq, milli mənliyimizi qoruya bilmişik

“Ona görə, indiki zəmanədə biz artıq müstəqil dövlətik və Azərbaycanın gələcəyi, taleyi xalqımızın əlindədir. Dünyada gedən proseslər onu göstərir ki, bəzi hallarda qloballaşma adı altında xoşagəlməz meyillər də üzə çıxır. Buna davam gətirmək, bu xoşagəlməz meyillərin qarşısını almaq üçün, ilk növbədə, milli mənəvi dəyərlər ön plana çıxmalıdır. Mən şadam ki, bütövlükdə Azərbaycan gəncləri öz Vətənlərinə bağlıdırlar, Vətən eşqi ilə yaşayırlar və bu meyillər nəsildən-nəslə keçməlidir"- deyə, İlham Əliyev bildirib.

Dövlət başçısı vurğulayıb ki, Ermənistan tərəfi Dağlıq Qarabağın nə vaxtsa müstəqil dövlət olacağını hesab edir: “Bu, xülyadır, bu, fantaziyadır, bu, heç vaxt mümkün olmayacaqdır. Dünya birliyi Dağlıq Qarabağı Azərbaycan torpağı kimi tanıyır və bütün vacib beynəlxalq təşkilatların sənədlərində bu, öz əksini tapıb. Mən şübhə etmirəm ki, vaxt gələcək və Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcəkdir. Status-kvonun dəyişdirilməsi erməni qoşunlarının işğal olunmuş torpaqlardan çıxarılması deməkdir. Status-kvo başqa necə dəyişə bilər? Biz Ermənistan torpağını zəbt etməmişik ki, nəyisə dəyişək, hansısa güzəştə gedək. Ancaq əfsuslar olsun ki, bu bəyanatdan sonra hələ ki, konkret addımlar atılmır.
Qeyd etdiyiniz kimi, Ramil Səfərov məsələsi də həm ermənilər tərəfindən, həm də əfsuslar olsun ki, bəzi xarici dairələr tərəfindən bir bəhanə kimi ortaya qoyuldu və bu məsələyə görə danışıqlar indi dalana dirənib. Danışıqlar dalana dirənib ona görə ki, Ermənistan status-kvonu dəyişdirmək istəmir. Ermənistan öz diasporunun gücünə arxayındır və hesab edir ki, bu status-kvonu əbədi saxlaya bilər. Ramil Səfərovun məsələsi elə bil ki, həm onlara, həm bu məsələ ilə məşğul olan bəzi xarici ölkələrə imkan verdi ki, artıq Azərbaycanı qınasınlar, sanki Azərbaycan danışıqlar prosesinə zərbə vurur. Biz 2009-cu ilin sonunda ATƏT-in Minsk qrupu tərəfindən verilmiş yeniləşmiş Madrid prinsiplərinin əsas parametrlərini qəbul etdik, Ermənistan etiraz etdi. Bu, ədalətsizlikdir və biz bu vəziyyətlə barışa bilmərik. Heç vaxt imkan verə bilmərik, belə rəy formalaşsın ki, guya Azərbaycanın addımları danışıqların uğursuzluğuna gətirib çıxarır. Bu, belə deyil və bu ədalətsiz mövqe üstünlük qazana bilməz.
Ramil Səfərov məsələsinə gəldikdə, bir daha demək istəyirəm ki, hər şey qanun çərçivəsində həll edilibdir. Avropanın qəbul etdiyi konvensiyalar əsasında ekstradisiya məsələsi həll olundu və Azərbaycan Konstitusiyası əsasında Ramil Səfərov mənim tərəfimdən əfv edildi. Bu çox düzgün qərar idi və mən bir daha demək istəyirəm ki, əgər lap o vaxt bilsəydim ki, ermənilər və onların havadarları belə hay-küy qaldıracaqlar, yenə də mən Ramil Səfərovu Azərbaycana gələn kimi əfv edəcəkdim. Azərbaycan öz zabitini Vətənə qaytardı. Ən vacib məsələ bundan ibarətdir. Ermənilər nə deyir desinlər, bu, məni qətiyyən maraqlandırmır. Onların havadarları nə deyir desinlər, bu, məni maraqlandırmır, mən bu bəyanatlara əhəmiyyət vermirəm və Azərbaycana edilən əsassız hücumların heç biri cavabsız qalmamışdır. Avropa Parlamenti əfsuslar olsun ki, ikinci dəfə antiazərbaycan qətnamə qəbul edir. Azərbaycanın Milli Məclisi onlara layiqli cavab verdi, Prezident Administrasiyası da layiqli cavab verdi. Digər beynəlxalq təşkilatlar, Avropa Şurasının baş katibi, - o adam ki, ümumiyyətlə humanizmin keşiyində durmalıdır, insan haqlarının qorunmasının keşiyində durmalıdır, - Avropa Şurası əvvəlki illərdə bəzi hallarda humanitar əsaslar bəhanə gətirərək Azərbaycan dövlətini məcbur edirdi ki, cinayət törətmiş insanları əfv etsin, yəni cinayətkarları əfv etsin. Yaxşı, Ramil Səfərov doqquz ilə yaxın həbsdə yatdı, yəni artıq onun əfvi bütün mənəvi, siyasi, hüquqi cəhətdən tamamilə əsaslıdır. Ancaq biz nəyi görürük? Yenə ikili standartlar siyasətini görürük. Əgər, mən tam əminliklə deyirəm, erməni zabiti Azərbaycan zabitini öldürsəydi, bax əgər tamamilə əks vəziyyət olsaydı, heç vaxt bu qədər hay-küy qalxmazdı. Bizə qarşı ikili standartlar siyasəti aparılır, bu, reallıqdır, bu siyasətin səbəbləri var, hamımız bu səbəbləri bilirik”.

"Azərbaycanın işgüzar nüfuzuna xələl gətirən korrupsiya faktlarının aradan qaldırılmasında ciddi tədbirlər görülür. Lakin məlum son hadisələr korrupsiyaya qarşı mübarizənin daha da gücləndirilməsi zərurətini yaradır. Bu haqda Sizin fikrinizi bilmək istərdik" sualına cavabında isə Prezident İlham Əliyev deyib ki, korrupsiyanı şərtləndirən amillər vardır.

"Təkcə inzibati addımlarla bu bəla ilə mübarizə aparmaq çox çətindir. Çünki inzibati addımlar atılır, cəza tədbirləri görülür, insanlar cəzalandırılır, həbs edilir. Ancaq ondan sonra o yerlərə gələn yeni təyin edilmiş insanlar da bəzi hallarda müəyyən müddətdən sonra eyni yolla gedirlər. Ona görə inzibati tədbirlər əlbəttə ki, davam etdiriləcəkdir. Cəza tədbirləri daha da sərt olacaqdır. Ancaq bununla bərabər, korrupsiyanı mümkünsüz etmək üçün yeni üsullar da artıq işə salınır. Elektron hökumət, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin xətti ilə tətbiq edilən yeni sistemlər, qeydiyyat məsələsi, indi yeni yaradılmış "Asan" xidməti böyük dərəcədə bu korrupsiyanın qarşısını alacaqdır. Biz çalışırıq ki, Azərbaycanda şəffaflığı maksimum dərəcədə tətbiq edək. Bu sahədə də uğurlara nail olmuşuq. Bizim Dövlət Neft Fondu bu gün dünya miqyasında ən şəffaf neft fondudur”.

İlham Əliyev gənclərə ölkəmiz haqqında dolğun məlumatları sosial şəbəkələr vasitəsilə dünyaya çatdırmalarına dair müraciət edib: “Bəzi hallarda Azərbaycan haqqında qəsdən formalaşdırılan rəy reallıqla tamamilə ziddiyyət təşkil edir. Nə üçün bu rəy formalaşdırılır, biz bunu da bilirik, bunu kim formalaşdırır, biz onu da bilirik. Bir tərəfdən dünya erməniliyi, erməni lobbisi Azərbaycanı ləkələmək üçün, digər tərəfdən Azərbaycan reallıqlarını həzm edə bilməyən bəzi siyasi və ictimai qurumlar. Üçüncü təbəqə, onu da biz açıq deməliyik, islamofobiya xəstəliyinə düçar olmuş bəzi dairələr, qeyri-hökumət təşkilatlarıdır ki, onların gündəlik fəaliyyəti Azərbaycanı qaralamaqdan ibarətdir. Mən onların adlarını heç çəkmək də istəmirəm. Ancaq deyə bilərəm ki, onların heç bir şantaj cəhdləri uğur gətirməyəcək, bütün səylər əbəsdir. Ancaq bu, var və biz öz ölkəmizi, öz mədəniyyətimizi təbliğ etmək üçün sosial şəbəkələrdən geniş şəkildə istifadə etməliyik. Gənclərdən xahişim ondan ibarətdir ki, sosial şəbəkələrdə öz ölkəsi haqqında dolğun, dəqiq, qərəzsiz məlumat ötürsünlər. Bütün dünya da bilsin ki, insanların sərbəst, bütün xalqların nümayəndələrinin bir ailə kimi yaşadığı belə bir ölkə var - Azərbaycan. Bu da əfsuslar olsun ki, heç də hər bir ölkəyə xas olan məsələ deyildir. Azərbaycanda inkişaf, tərəqqi var və gələcəyə baxışlar da çox nikbindir" İlham Əliyev deyib






9 Oktyabr, 2012  13:53 Baxılıb: 982 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner