Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Baş Prokurorluqdan açıqlama: “Ağdaş prokuroru qanun pozuntularına yol verib”

.

Ağdaş rayon prokuroru işdə yol verdiyi pozuntulara görə tutduğu vəzifədən azad edilib. Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov Simsar.az-a bildirib ki, aparılmış xidməti yoxlama ilə Ağdaş rayon prokurorluğunda istintaq olunan konkret cinayət işi üzrə cinayət-prosessual qanunvericiliyin tələblərini pozmaqla hərtərəfli, tam və obyektiv istintaqın aparılmasını təmin etmədiyinə, süründürməçiliyə və Baş Prokurorluq üzrə müvafiq əmrlərin tələblərinin kobud pozulması hallarına yol verdiyinə görə rayon prokuroru Mirələkbər Seyidov tutduğu vəzifədən azad edilib.
Belə ki, cari il aprelin 28-də Ağdaş rayon sakini Akif Əliyevin ölməsi faktına görə Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə başlanmış cinayət işi üzrə Baş Prokurorluq üzrə "Prokurorun ibtidai araşdırmaya prosessual rəhbərliyinin səmərəliyinin artırılması, istintaq və təhqiqat üzərində nəzarətin gücləndirilməsi və bu sahədə işin daha da təkmilləşdirilməsi haqqında" 10/70 №-li əmrin tələbləri ciddi surətdə pozulmaqla hərtərəfli, tam və obyektiv istintaqın aparılması təmin edilməyib.
Cinayət işi üzrə Baş Prokurorluq tərəfindən təxirəsalınmaz istintaq hərəkətlərinin həyata keçirilməsi və istintaq zamanı ortaya çıxacaq digər xüsusatların da tam, hərtərəfli, obyektiv araşdırılmasının təmin olunması və nəticəsindən asılı olaraq qanunamüvafiq qərarın qəbul edilməsi üçün yazılı göstəriş verilsə də, cinayət işi yenidən Baş Prokurorluqda öyrənilərkən müəyyən edilib ki, rayon prokuroru Seyidov tərəfindən Baş Prokurorluq üzrə müvafiq əmrin tələbləri pozulmaqla icraatında olan iş üzrə kobud süründürməçiliyə yol verilərək 76 gün ərzində iş üzrə hər hansı bir istintaq hərəkətləri aparılmayıb.






8 Oktyabr, 2012  21:01 Baxılıb: 5377 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner