Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Daha bir prokuror işdən çıxarıldı

.

Azərbaycanda daha bir rayonun prokuroru işdən çıxarılıb. Simsar.az-ın məlumatına görə, baş prokuror Zakir Qaralovun müvafiq əmri ilə Ağdaş rayon prokuroru Mirələkbər Seyidov səlahiyyət müddətlərinin başa çatması ilə əlaqədar tutduğu vəzifədən azad edilib. Onun sərəncamda olduğu bildirilir. M. Seyidovun vəzifəsini icra etmək müvəqqəti olaraq Yevlax rayon prokuroru Elxan Pənahova həvalə edilib. 

Qeyd edək ki, bir neçə gün əvvəl Sabirabad rayon prokuroru Seyfulla Aslanov, Şamaxı rayon prokuroru Füzuli Musayev, Oğuz rayon prokuroru Afər Nəsirov və Balakən rayon prokuroru Vəli Əhmədov səlahiyyət müddətlərinin başa çatması ilə əlaqədar tutduqları vəzifədən azad edilərək sərəncama götürülüblər. Onların yerinə hələlik təyinat yoxdur.

Onu qeyd edək ki, bu il respublika üzrə 10-dan çox rayon prokurorunun səlahiyyət müddəti başa çatır. Bu yaxınlarda daha bir neçə rayon prokurorunun dəyişdiriləcəyi gözlənilir.






8 Oktyabr, 2012  16:59 Baxılıb: 950 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner