Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Müsavatda gənclər forumu keçirilib

.

Partiyanın mətbuat xidmətindən Simsar.az-a verilən məlumata görə, forumda Müsavat Gənclər Təşkilatının sədr müavini Nigar Yaqublu, “NİDA” Vətəndaş Hərəkatını üzvü Zaur Qurbanlı və ADP Gənclər Təşkilatının həbsdə olan üzvü Rəsul Mürsəlov və digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb. Müsavat Gənclər Təşkilatının sədri Tural Abbaslı N. Yaqublunun həbsi barədə məlumat verib və onun azadlığa buraxılmasını tələb edib. 

Sonra ADP sədrinin gənclərlə iş üzrə müavini Cəmil Hacıyev, AXCP Gənclər Komitəsinin sədri Əbülfəz Qurbanlı, Müsavat Partiyası başqanının gənclərlə iş üzrə müşaviri Səxavət Soltanlı, ADP Gənclər Təşkilatının üzvü Emin Fərhadi, Milli Fikir Mərkəzinin rəhbəri Şəhriyar Məcidzadə, Ümid Partiyasının qadınlarla iş şöbəsinin müdiri Könül Quliyeva “NİDA” Gənclər Hərəkatının, VHP Gənclər Təşkilatının və digər gənclər təşkilatlarının nümayəndələri çıxış ediblər. 

Tədbirdə adıçəkilən gənclərin azadlığa buraxılması ilə bağlı bu ay ərzində davamlı aksiyaların keçirilməsi, gənclərin müdafiəsi istiqamətində piket və “flashmob” kimi etiraz metodlarından istifadə etməyin zəruriliyi, təşkilat komitəsinin yaradılmasının əhəmiyyəti, o cümlədən növbəti forumun VHP-nin qərargahında keçirilməsi razılaşdırılıb.






7 Oktyabr, 2012  01:30 Baxılıb: 970 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



sagbanner