Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

ABŞ məktəbliləri arasında “Azərbaycan” mövzusunda müsabiqə keçirilib

.

Azərbaycan-Amerika Alyansının (AAA) dəstəyi və ABŞ-ın ən böyük qeyri-hökümət təşkilatlarından biri olan World Affairs Council (WACA) tərəfindən hər il keçirilən akademik WorldQuest müsabiqəsinin qalibi elan olunub. Bu ilki müsabiqədə ABŞ-ın 225 məktəbini təmsil edən 4000 gənc iştirak edib. Finalda Patricia Chen, Taylor A'Ltorre,  Angela Meng və Manideep Ravi təmsil etdikləri WACA Dallas Plano məktəbi milli qalib olub. Qaliblərə müsabiqənin mükafat fondu və qiymətli hədiyyələr təqdim olunub. 

“Bu günləri Azərbaycan – Amerika Alyansının dəstək olduğu müsabiqənin yekunları açıqlanıb. Bu müsabiqə hər il ABŞ gündəmində olan milli təhlükəsizlik və beynəlxalq əməkdaşlıq məsələləri ilə əlaqəli mövzular ətrafında keçirilir. Bu il isə Azərbaycan müsabiqənin mövzuları arasına salınmışdır. Bu o deməkdir ki, ölkəmiz ilə ABŞ arasında istər humanitar, istər iqtisadiyyat, istərsə də  beynəlxalq təhlükəsizlik sahələrin də çox sıx əməkdaşlıq və dostluq əlaqələri var. Biz AAA olaraq bu siyasəti sadiqlik göstərib hər iki ölkə arasında isti münasibətlərin qurulmasında və inkişafında öz dəstəyimizi əsirgəmirik. Bu müsabiqəyə dəstək bizim fəaliyyətimizin əsas prioritetlərindəndir” – deyə alyansın təsisçisi Anar Məmmədov bildirib.   

Qeyd edək ki, müsabiqə Azərbaycan-Amerika Alyansı və “İRƏLİ” İctimai Birliyi ilə birgə keçirilib. WorldQuest müsabiqəsinin əsas məqsədi ABŞ məktəbliləri arasında beynəlxalq əlaqələr mövzusunun təbliği, gənc lider və menecerlərin üzə çıxarılmasından ibarətdir. 

WACA şəbəkəsinə ABŞ-ın bütün ştatlarında fəliyyət göstərən 100-ə yaxın yerli şura daxildir və onların əsas fəaliyyəti Amerika cəmiyyətinin beynəlxalq əlaqələr və qlobal məsələlər mövzularında maarifləndirilməsidir. 

Azərbaycan Amerika Alyansı ABŞ-da fəaliyyət göstərən bitərəf, qeyri-kommersiya təşkilatı olub, Amerikada Azərbaycanın tarixi, mədəniyyəti, incəsənəti, təhsili, idmanı, iqtisadiyyatının təbliği istiqamətində çalışır. Alyansın missiyasına Azərbaycan və Amerika xalqı arasında qarşılıqlı anlaşma və hörmət mühitinə dəstək təmin etmək daxildir. Alyans akademik müzakirələr, mədəni proqramlar və siyasi söhbətlər vasitəsilə Azərbaycanla Amerika arasında davamlı tərəfdaşlığın təşviqi ilə məşğul olan əsas təşkilata çevrilmək niyyətindədir







4 Oktyabr, 2012  17:55 Baxılıb: 968 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



sagbanner