Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Avropa Film Festivalının açılışı oldu

“Bu filmlər siyasətdən deyil, yalnız mədəniyyətdən bəhs edir”.

Bu gün “Park Cinema”da Avropa Film Festivalının açılışı olub. Simsar.az-ın məlumatına görə, Avropa İttifaqının təşkilatçılığı ilə keçirilən festivalda Avropa İttifaqına üzv olan 14 dövlət iştirak edəcək. Oktyabrın 4-dən 10-a qədər davam edəcək festivalın açılışında Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Roland Kobia da iştirak edib. O, bu festivalın Azərbaycanla Avropa İttifaqı arasında mədəni sahədəki əlaqlərin inkişafında önəmli rolunun olduğunu deyib: “Avropa İttifaqı Azərbaycanla mədəni əlaqlərə böyük önəm verir. Festivalda Avropa İttifaqına üzv dövlətlər iştirak edir. Bunun təşkil olunmasında məqsəd isə filmlərdə öz əksini tapmış Avropa dəyərlərinin Azərbaycan tamaşaçısına çatırılmasıdır. Bu filmlər siyasətdən deyil, yalnız mədəniyyətdən bəhs edir. Festival üçün seçilən filmlərə görə iştirakçı ölkələrə təşəkkür edirəm”.
Festivalın fəxri qonağı Litva refissoru Alqimantas Puipa festivalın önəmindən və bu gün nümayiş olunacaq “Yatmış kəpənəklər qalası” filmindən danışıb.
Avropa Film Festivalı 3 ildir ki, Azərbaycanda təşkil olunur. Festiva nümayiş xarakteri daşıyır və özəlliyi ondadır ki, burada yalnız ən yeni filmlər nümayiş olunur. Festivalda filmlər lentə alındığı dildə və ingilis, yaxud rus dilində subtitrlə təqdim olunur.
Məlumat üçün bidlirək ki, bu gün Litva filmi “Yatmış kəpənəklər qalası” filmi nümayiş olunacaq. Filmin rejissoru Alqimantas Puipadır.
Festivalda nümayiş olunacaq filmlərə biletlər pulsuzdur.

Fatimə Kərimli







4 Oktyabr, 2012  02:01 Baxılıb: 929 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



sagbanner