Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Nazirlik Qurban bayramında ət satışını təşkil edəcək

Satış yerlərində qiymətlər bazardakından ucuz olacaq

Azərbaycan İqtisadi İnkişaf Nazirliyi müvafiq struktur və sahibkarlarla birlikdə Qurban bayramı günlərində Bakıda və paytaxt rayonlarının müxtəlif nöqtələrində qurbanlıq heyvanların satışını təşkil edəcək. Bu barədə nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Abbas Əliyev Simsar.az-a məlumat verib.
Bu il Azərbaycanda Qurban bayramı oktyabrın 25-26-da keçiriləcək, bu da cümə axşamı və cümə gününə düşür. İstirahət günləri nəzərə alınmaqla, oktyabrın 25-dən 28-dək qeyri-iş günü hesab olunur.
"Ənənəyə görə, bu il Bakının və onun rayonlarının ayrı-ayrı nöqtələrində qurbanlıq heyvanların satışı təşkil ediləcək. Hazırda hazırlıq işləri aparılır, satış yerləri müəyyənləşdirilir. Bu məntəqələrdə satış bazar qiymətindən ucuz olacaq", - Əliyev qeyd edib.
Onun sözlərinə görə, bayram zamanı qurbanlıq heyvan və ətə tələbatın artdığını nəzərə alaraq, nazirlik yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti ölkə bazarlarında və satış məntəqələrində monitorinqləri gücləndirəcək.
"Qiymətlərin süni artımının qarşısını almaq məqsədilə Dövlət Xidməti bayramdan öncə və bayram günlərində monitorinqləri gücləndirəcək", - Əliyev vurğulayıb.






3 Oktyabr, 2012  18:15 Baxılıb: 906 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



sagbanner