Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Bakıda Beynəlxalq Uşaq Muğam Festivalı keçirilir

.

Bakıda 4-cü Beynəlxalq Uşaq Muğam Festivalı keçirilir. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Simsar.az-a verilən məlumata görə, nazirliyin dəstəyi ilə "Kainat" Gənclik Mərkəzinin reallaşdırdığı bu layihənin əsas məqsədi muğam ənənələrini yaşatmaq və milli dəyərlərimizi bu orijinal musiqi forması ilə dünya miqyasında tanıtmaqdır.
İlk dəfə 17 il öncə Respublika miqyasında təşkil olunan Uşaq Muğam Festivalı hal-hazırda 4-cü ildir ki, beynəlxalq səviyyədə reallaşdırılır. 2009-cu ildə start götürən I Beynəlxalq Uşaq Muğam Festivalının işində yalnız 1 ölkə (Özbəkistan) iştirak edirdisə, hal-hazırda təmsil olunan ölkələrin sayı Azərbaycan da daxil olmaqla, 8-ə çatıb.
May ayından başlanan seçim turları sentyabr ayında yekunlaşıb. Azərbaycanı bu festivalda müxtəlif regionlardan olan gənc istedadlar təmsil edir.
Təşkilat Komitəsinin qərarı ilə aşağıdakı nominasiyalar üzrə mükafatlar təsis edilib:
- baş mükafat - Gran-pri. Pul mükafatı - bir 1-ci, iki 2-ci yer, iki 3-cü yer, beş həvəsləndirici.
Yuxarıda qeyd olunan nominasiyalardan əlavə finala vəsiqə qazanmış hər bir iştirakçı Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin diplomları ilə təltif olunacaq. Baş mükafatın sahibi və digər qaliblər üçün isə xüsusi diplomlar təsis edilib.
Qaliblərin müəyyən edilməsi onların çıxışlarından dərhal sonra baş tutacaq. Mükafatlandırma mərasimi isə bütün çıxışların yekununda keçiriləcək.
Qeyd edək ki, Festivalın final mərhələsi oktyabrın 12-də Beynəlxalq Muğam Mərkəzində təşkil olunacaq.






3 Oktyabr, 2012  18:05 Baxılıb: 918 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner