Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Evsiz alimlərə şad xəbər

Artıq AMEA-nın evsiz alimlərinin siyahısı hazırlanır

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) evsiz alimlərin sayını müəyyənləşdirməyə başlayıb. AMEA-nın Gənclərin İntellektual İnkişafı Mərkəzinin rəhbəri İlqar Orucovun Simsar.az-a verdiyi məlumata görə, siyahı müəyyənləşdirilərkən evsiz şəxsin elm sahəsi ilə aktiv məşğul olması əsas götürülür. Bununla yanaşı, onun elmi dərəcəsi, yaşı isə 40-dək olmalıdır. Akademiya sistemi ilə yanaşı, hansısa qurumda işləyən işçilər evsiz olsalar da, onlar bu siyahıya daxil edilməyəcəklər. Siyahıya yalnız AMEA sistemində çalışan şəxslər daxil ediləcəklər.
Orucov bunu həmin şəxslərin elmlə aktiv şəkildə məşğul ola bilməməsi ilə əlaqələndirib.
AMEA rəsmisi evsiz alimlərin siyahısının oktyabrın sonuna kimi hazır olacağını qeyd edib.
Orucov deyib ki, bu araşdırmanı yekunlaşdırdıqdan sonra müvafiq tədbirlərin görülməsi üçün ölkə rəhbərliyinə müraciət ediləcək.
Mərkəz rəhbəri xatırladıb ki, bir neçə il əvvəl sorğu ilə evsiz gənc alimlərin sayı müəyyənləşdirilib. Həmin vaxt onların sayı 160 nəfər olub. Ancaq artıq illər keçdiyi üçün evsiz gənc, eləcə də gənc olmayan alimlərin sayı dəyişib.






3 Oktyabr, 2012  16:57 Baxılıb: 952 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner