Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Bəhram Bağırzadə: “Hacı Nuran üçün 100 min avro toplandı”

/

Ağır xəstəlikdən əziyyət çəkən Azərbaycanın tanınmış teleaparıcısı Hacı Nuran Hüseynova dəstək üçün Azərbaycanda keçirilən xeyriyyə aksiyası uğurla başa çatıb. Belə ki, müalicənin başlanması üçün lazım olan 100 000 avro məbləğində vəsait toplanıb. Bu barədə Simsar.az-a Bəhram Bağırzadə məlumat verib.
"Hacı Nuran Hüseynov ona kömək əlini uzadanlara ən səmimi minnətdarlığını bildirir və hər şey üçün Allaha dua edir. Məhz həmyerliləri sayəsində o, ilyarımlıq kimya terapiyası kursunun pulunu (100 000 avro) tamamilə ödəyə biləcək. Filippin-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Əmir Hüseynzadənin dəvəti ilə o, Filippindəki Amerika klinikasında, daha sonra isə Avstriyada müalicə olunacaq", - Bağırzadə deyib.
Xatırladaq ki, uzun illər ərzində Hacı Nuran Hüseynov televiziyada xeyriyyə proqramlarının aparıcısı olub. Onun bu fəaliyyəti sayəsində çoxlu sayda insan yardım alıb. Hacı Nuran Hüseynov limfaqranulematoz xəstəliyindən əziyyət çəkir, onun sağalması üçün uzunmüddətli və bahalı müalicə tələb olunur.






3 Oktyabr, 2012  15:59 Baxılıb: 1022 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner