Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Milli Televiziya və Radio Şurası növbəti on il üçün hədəflərini açıqlayıb

Nuşirəvan Məhərrəmli: “Son zamanlar ictimaiyyəti narahat edən məsələlərdən biri problemli ailələr üzərində tok-şouların qurulmasıdır. Bu bizi çox narahat edir.

Milli Televiziya və Radio Şurası (MTRŞ) növbəti on il üçün hədəflərini açıqlayıb. Simsar.az xəbər verir ki, bunu MTRŞ sədri Nuşirəvan Məhərrəmli rəhbərlik etdiyi qurumun yaradılmasının 10-cu ildönümü ilə bağlı jurnalistlərə açıqlamasında deyib. MTRŞ sədri bildirib ki, növbəti on ildə Azərbaycan özünün siyasi-iqtisadi inkişafı ilə bərabər, teleradio sahəsində də müəyyən işlər görməyi planlaşdırır: “Rəqəmsal yayıma keçidlə bağlı çoxlu problemlər ortaya çıxacaq. Hesab edirəm ki, Azərbaycanın mövcud iqtisadi imkanları bu problemləri aradan qaldırmağa imkan verəcək. Milli televiziya yayımçılarının öz məsuliyyətlərini dərk etmələrini çox istərdik. İstərdik ki, milli-mənəvi dəyərlərə uyğun, maarifləndirici, intellektual xarakterli verilişlər çox olsun. Azərbaycan tamaşaçıları daha çox xarici yox, milli telekanallar baxsın. Bu bizim əsas vəzifələrimizdən birdir”.

N.Məhərrəmli onu da qeyd edib ki, hazırda qarşılarında duran əsas problemlərdən biri efirdə milli-mənəvi dəyərlərə uyğun verilişlərin az olmasıdır: “Son zamanlar ictimaiyyəti narahat edən məsələlərdən biri problemli ailələr üzərində tok-şouların qurulmasıdır. Bu bizi çox narahat edir. Bunun tədricən aradan qaldırılması bizim hədəfimizdir. Azərbaycan ədəbi dilindən efirdə tam istifadə olunmasına da nəzarət gücləndiriləcək. Hazırda telekanallarda Azərbaycan dili ilə yanaşı başqa dillərdən də istifadə edirlər. Bəzi telekanallar bu məsələlərdən sui-istifadəyə yol verirlər”.

Qeyd edək ki, MTRŞ-nin yaranmasının 10-cu ildönümü ilə bağlı bu gün qurumun rəhbərliyi, əməkdaşları Fəxri xiyabanda Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib.






3 Oktyabr, 2012  15:25 Baxılıb: 1004 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner