Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

“Güzəştli qaza görə Azərbaycana təşəkkür edirəm”

Qısa müddətdə Azərbaycan hakimiyyəti ilə yaxın dostluq münasibətləri quracağıq. Bunun üçün imkanlarımız var və bütün səylərimizi səfərbər edəcəyik. 

Simsar.az-ın məlumatına görə, bunu Tiflisdə brifinq zamanı Gürcüstanda parlament seçkilərində qalib gələn müxalif "Gürcü arzusu" koalisiyasının lideri Bidzina İvanişvili deyib.
İvanişvili Azərbaycanın sosial ehtiyaclar üçün Gürcüstana güzəştli qaz verdiyinə görə bu ölkənin hakimiyyəti və xalqına təşəkkür edib.
"Təəssüf ki, Gürcüstanın indiki hakimiyyəti Gürcüstan xalqının bu güzəşti hiss etməməsi üçün hər şeyi edir. Hakimiyyət bundan pul qazanmağı güdür, lakin biz buna son qoyacağıq.
Mən seçkiqabağı səfərlərim zamanı azərbaycanlı həmvətənlərimlə dostlaşdım və bir çox azərbaycanlılarla tanış oldum, bu əməksevər xalqı sevdim. Buna görə də onların Gürcüstan cəmiyyətinə inteqrasiya etməsi və hökumətdə yüksək vəzifələr tutması üçün hər şeyi edəcəyəm", - İvanişvili vurğulayıb.
.






3 Oktyabr, 2012  13:21 Baxılıb: 926 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner