Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Bu ay Bakıda bal sərgi-yarmarkası keçiriləcək

Yarmarkaya 300 ton bal, 40 kq vərəmum, 1 kq arı südü, 25 kq çiçək tozu satışa çıxarılacaq

Kənd Təsərrüfatı Nazirliyi oktyabrın 17-dən noyabrın 5-dək Bakı şəhəri, Nərimanov rayonunun ərazisində, “Gənclik” və keçmiş “Şuşa” kino-teatrının yaxınlığında, Atatürk prospekti 6a və Maqsud Əlizadə 133 küçələrinin kəsişdikləri yerdə yerləşən “Laləndə” şadlıq sarayında arıçılıq məhsullarının respublika sərgi-satış yarmarkası keçirəcək.

Simsar.az Kənd Təsərrüfatı Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, sərgi-satış yarmarkasının açılışı oktyabrın 17-də saat 12-də olacaq. Arıçılıq məhsullarının respublika sərgi-satış yarmarkasının iştirakçılarının namizədlikləri verilən bölgülərə əsasən şəhər və rayon icra hakimiyyətləri tərəfindən müəyyənləşdiriləcək və Kənd Təsərrüfatı Nazirliyi tərəfindən dəvət olunacaqlar. Arıçılıq məhsullarının sərgi-satış yarmarkasında 49 rayondan 200 nəfər arıçı iştirak edəcək. Satışa 300 ton bal, 40 kq vərəmum, 1 kq arı südü, 25 kq çiçək tozu çıxarılacaq. Arıçılıq məhsullarının sərgi-satış yarmarkası başlamamışdan əvvəl oktyabrın 1-dən 17-dək satışa çıxarılan arıçılıq məhsullarının keyfiyyəti respublika baytarlıq laboratoriyasında yoxlanılacaq. Keyfiyyətsiz məhsullar satışa buraxılmayacaq. Alimlərin, mütəxəssislərin, arıçıların və arıçılar cəmiyyətlərinin təklifləri nəzərə alınaraq, 1 kq yüksək keyfiyyətli bal 15 manata satılacaq.

Yarmarkada gənc arıçılara minimum bilgilər veriləcəkr, elmi-praktiki konfrans keçiriləcək, xəstəliklərə qarşı mübarizə tədbirlərindən söhbət açılacaq, damazlıq-seleksiya işləri barədə təcrübə mübadiləsi aparılacaq. Kənd Təsərrüfatı Nazirliyi Bakılıları və Sumqayıtlıları Arıçılıq məhsullarının respublika sərgi-satış yarmarkasına dəvət edir.






2 Oktyabr, 2012  18:04 Baxılıb: 13252 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner