Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

ELŞAD ABDULLAYEVİN PREZİDENTƏ MƏKTUBU – “MƏN MƏLƏK DEYİLƏM”

ABU rektorunun prezidentə şok müraciəti: «Əli Həsənov məni təhrik edir ki, əlimdə olan başqa videoları da yayım!» 

Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin rektoru, hazırda Fransada siyasi mühacirətdə olan Elşad Abdullayev bu gün prezident İlham Əliyevə yeni müraciət göndərib. Müraciətin nüsxələri həmçinin xəbər saytlarına da göndərilib. Keçmiş rektor müraciətində qardaşı Mahir Abdullayevin oğurlanması və hüquq-mühafizə orqanlarının bu cinayəti açmaq istiqamətində hərəkətsizliyini xatırlatdıqdan sonra, hazırda xaricdə yaşadığı və şəxsi təhlükəsizliyi üçün təminatı olduğunu nəzərə alaraq bəzi məsələləri açdığını yazır:

«Bu işdə (Mahirin oğurlanması cinayətində-red) şübhələndiyim daha bir şəxs haqqında 11 iyul 2012-ci il tarixdə Azərbaycan Respublikası Prokurorluğuna məlumat verdim. Söhbət Milli Məclisin üzvü Əhmədova Gülər Mikayıl qızından gedir.»
E.Abdullayev 2 milyonluq rüşvət iddiasını yenə nəql edir və bildirir ki, prokurorluq onun müraciətinə şablon cavab verib ki, ərizəniz cinayət işinə əlavə olunub. Bundan sonra Prezident Administrasiyasının şöbə müdiri Fuad Ələsgərova müraciət edib:

«Lakin bu ərizəmə də cavab almadım. Mən hüquq mühafizə orqanlarına və Prezident Administrasiyasına şikayət edərkən bildirmişdim ki, bu məsələnin, yəni Gülər Əhmədovanın məndən rüşvət almasının ictimailəşməsini istəmirəm, istintaq aparılmasını, mənim doğru və ya yalan danışmağımın müəyyən olunmasını istəyirəm. Lakin təəsüf ki, onlar qanunla üzərlərinə düşən vəzifəni yerinə yetirmədilər. Ona görə də özümün və ailə üzvlərimin təhlükəsizliyini təmin etmək üçün bu məsələni ictimailəşdirmək qərarına gəldim. KİV-də mənim məlum bəyanatım dərc olunandan sonra 1 həftə gözlədim ki, hüquq-mühafizə orqanları bu məsələyə reaksiya verəcəklər. Lakin belə olmadı. Bu müddət ərzində yenə də mənə və ailə üzvlərimə təhdidlər olduğu üçün Gülər Əhmədova ilə aramızda olan söhbətin videoyazısının bir fraqmentini internetə yerləşdirdim.
Prokurorluq orqanlarından yenə də heç bir səs çıxmadı.»

«MƏN MƏLƏK DEYİLƏM...»

Bundan sonra E.Abdullayev maraqlı bir məlumat açıqlayır: «Nəhayət, məhz Sizin birbaşa müdaxilənizdən sonra prokurorluqda cinayət işi açıldı, Gülər Əhmədova isə Milli Məclisin üzvlüyündən istefa verdi. Baş prokurorun mətbuata verdiyi müsahibədən isə belə başa düşdüm ki, bu iş birbaşa Sizin şəxsi nəzarətinizdədir. Fikirləşdim ki, nəhayət, buz tərpənib və iş obyektiv həllini tapacaq. Lakin sonrakı hadisələr mənim növbəti dəfə aldandığımı göstərdi. Belə ki, Əli Həsənovun və Zakir Qaralovun açıqlamaları mənə belə düşünmək üçün tam əsas verir. Mən mələk deyiləm, lakin özləri başdan-ayağa çirkab içində olan bu insanların məni əliəyri, rüşvətxor adlandırmağa mənəvi haqları yoxdur!...
Əli Həsənov məni təhrik edir ki, əlimdə olan başqa videoları da yayım!
Mən bunu edə bilərəm, amma fikirləşirəm ki, bu Azərbaycan dövlətinə başucalığı gətirməyəcək!
Əgər o, bu materiallarda düşmənçilik etdiyi bəzi şəxslərinin görüntülərinin olduğunu bildiyi halda bunu edirsə, ona məsləhət görərdim ki, şəxsi işlərinə məni alət etməsin, videgörüntüləri yaymaq üçün ondan icazə almayacağam!
Baş prokuror isə bəyan edir ki, mənim fəaliyyətimdə çoxlu sayda qanunsuzluqlar aşkar etmişdir. Baş Prokurordan soruşmaq lazımdır ki, ABU-nun fəaliyyət göstərdiyi illərdə, ən azı onun fəaliyyətinin qanunsuz olaraq dayandırıldığı son iki ildə nə üçün bu qanunsuzluqları görmürdü və görürdüsə niyə susurdu? Nə üçün bu qanunsuzluqlar videogörüntülər ortaya çıxdıqdan sonra yada düşdü?!
Yeri gəlmişkən, Baş prokurordan soruşmaq lazımdır ki, şəxsən onun tərəfindən TQDK-nın yoxlanması zamanı ABU-da aşkar edilmiş pozuntularla əlaqədar 26 aprel 2006-cı idə (!) AR Cinayət Məcəlləsinin 308,1 və 313-cü maddələrilə başlanmış 76723 saylı cinayət işi üzrə istintaqın aparılması nə üçün 06 sentyabr 2006-cı ildə Baş Prokurorluğun ağır cinayətlərə dair istintaq idarəsinə həvalə edildi və iki gündən sonra qanunsuz olaraq Mahir Abdullayevin işinə birləşdirildi?
6 ildir bu işin istintaqından nə üçün xəbər yoxdur?!»


«GƏLMƏYƏ HAZIRAM...»


«Möhtərəm cənab prezident!
Mən bir Azərbaycan vətəndaşı kimi vətəndaş hüquqlarımın qarantı olaraq Sizə müraciət etmək məcburiyyətindəyəm. Hesab edirəm ki, Baş prokuror Zakir Qvaralov başda olmaqla prokurorluğun bütün əməkdaşlarının mənim təqdim etdiyim sənəd və sübutlar əsasında başlanmış cinayət işi üzrə istintaq aparmaq və istintaqa prosessual rəhbərliyi həyata keçirmək üçün mənəvi və qanuni haqları yoxdur. Buna görə də AR Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndində nəzərdə tutulmuş hüququnuzdan istifadə edərək bu işin araşdırılması üçün müstəqil istintaq komissiyası yaratmağınızı xahiş edirəm. Əgər belə bir komissiya yaradılacaqsa və mənim şəxsi toxunulmazlığıma və həyatıma Sizin tərəfinizdən təminat veriləcəksə mən Azərbaycana qayıtmağa və istintaqa kömək etməyə hazıram. Əks halda mənə qarşı təzyiq və təqiblər davam edəcəksə AR vətəndaşlığından imtina etməyə məcbur olacam.
Müraciətimin Sizə çatdığına əmin olmaq üçün onu KİV-lərə də göndərmək məcburiyyətindəyəm».






2 Oktyabr, 2012  17:15 Baxılıb: 2494 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner