Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Buzovnada broylerdən bağırsaq çöpü qrupundan olan bakteriyalar aşkar edilib

Müəssisədə broyler cücə əti və toyuq içalatının istehsalı və satışı qadağan edilib

Buzovna qəsəbəsində fiziki şəxs Sahib Abbasova məxsus müəssisədə broyler cücə əti və toyuq içalatının istehsalı və satışı qadağan edilib. Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində fəaliyyət göstərən fiziki şəxs Sahib Abbasova məxsus broyler müəssisəsində dövlət nəzarəti aparılıb.
Araşdırma zamanı müəyyən edilib ki, müəssisədə istehsal olunan məhsulların müvafiq keyfiyyətdə sabit istehsalına şərait yoxdur. Belə ki, cücənin tüklərdən, içalatdan təmizlənməsi sahəsi, kəsim sahəsi sanitariya normalarına cavab vermir. Seçilmiş nümunələrin Komitənin Təcrübə-Sınaq Mərkəzinin (AzTEST) sınaq laboratoriyasında keçirilən müayinəsi zamanı broyler cücə əti və toyuq içalatında bağırsaq çöpü qrupundan olan bakteriyalar (fekal çirklənmə, E.Coli mikroorqanizimləri) aşkar edilib. Müəssisədə istehsal olunan məhsullar üçün müvafiq normativ sənədlər üzrə müəyyən edilmiş qaydada təsdiq olunmuş texnoloji təlimat yoxdur.
Bundan başqa müəyyən olunub ki, müəssisdə halal məhsul istehsalı üçün mövcud normativ sənəd AZS 372-2012 “Halal” ət məhsulları standartının tələblərinə əməl olunmadığı halda məhsullar “Halal” məhsul kimi təqdim edilir. Bununla da müəssisə tərəfindən “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunun 10-cu maddələrinin tələbləri pozulub.
Müəssisənin inkubatoruna baxış zamanı heç bir sertifikatı və mənşə sənədləri olmayan bildirçin yumurtaları aşkar edilib. Həmçinin müəssisə tərəfindən “Murad Agro” MMC və “Maştağa Broyler” MMC üçün kəsimin həyata keçirildiyi müəyyən olunub. Bu məhsullar müəssisənin soyuducu anbarından aşkar edilib. Toyuq yeminə qatılan enzimin, lizinin, metianinin, müxtəlif vitaminlərin mənşə sənədləri və sertifikatları, həmçinin inkubasiya üçün Türkiyədən alınmış yumurtaların mənşə sənədləri və sertifikatları da araşdırmaya təqdim edilməyib.
Aşkar olunmuş nöqsanlara görə fizki şəxs Sahib Abbasova məxsus sexdə broyler cücə ətinin və toyuq içalatının istehsalı və satışı qadağan edilib.






1 Oktyabr, 2012  20:52 Baxılıb: 1121 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner