Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Oğuzda dini seminar-treninq başlayıb

.

Oğuzda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə İslam Konfransı Gənclər Forumu Avrasiya Regional Mərkəzinin təşkilatçılığı ilə respublikanın Şimal-Qərb bölgəsində fəaliyyət göstərən dini icma sədrləri, imam və axundlar, eləcə də dindar və ilahiyyatçılar üçün “Dövlət-din münasibətləri və maarifləndirmə işi” mövzusunda iki günlük seminar-treninq işinə başlayıb. Simsar.az-a Komitənin mətbuat xidmətindən məlumat verilib.
Dövlət-din münasibətlərinin daha yüksək səviyyədə tənzimlənməsi, dini maarifləndirmə işinin təşkili və aparılması, eləcə də dini icmaların cəmiyyətdə radikalizm meyllərinin qarşısının alınması və sosial problemlərin həlli prosesinə cəlb olunması məqsədilə keçirilən seminar-treninqin açılış mərasimində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov, Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadə, Oğuz Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Qurbanov, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin əməkdaşı Canpolad Musayev, akademik Vasim Məmmədəliyev və digər rəsmi şəxslər iştirak ediblər.

Seminar-treninqdə respublikanın 7 şəhər və rayonundan ümumilikdə yüzdən artıq nümayədənin iştirak edir. Tədbir çərçivəsində müxtəlif proqramların təşkili nəzərdə tutulub.

Komitənin sədri Elşad İsgəndərov ölkə dindarlarının müasir dövrün tələbləri ilə ayaqlaşmalarının zəruriliyini vurğulayıb. O, Azərbaycanda “Dövlət-din” münasibətlərinin daha da təkmilləşdirilməsinin vacibliyini önə çəkib.

Şeyxülislam Hacı Allahşükür Paşazadə bildirib ki, bəzi xarici qüvvələr Azərbaycanda daim yüksək səviyyədə olan dini tolerantlıq ab-havasına zərbə vurmağa çalışırlar. Bunun qarşısını almaq üçün də istər bölgədə, istərsə də ölkənin digər regionlarında din xadimləri diqqətli olmalıdırlar, maarifləndirmə prosesinə xüsusi həssaslıqla yanaşmalıdırlar. Tədbir 2 gün davam edəcək.

Xatirə









1 Oktyabr, 2012  20:49 Baxılıb: 907 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner