Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Tələbələr Pekində Azərbaycanı təbliğ edəcəklər

Pekin şəhərinin Renmin Universitetində başlayacaq mədəniyyət günlərində Azərbaycana aid xüsusi bir güşə olacaq

 

Azərbaycanlı Tələbə və Məzunların Beynəlxalq Forumu (ASAIF)-in Çin fəalları Renmin universitetində keçiriləcək “Beynəlxalq Mədəniyyət Festivalı” tədbirində iştirak edəcək. Forumdan Simsar.az-a verilən məlumata görə, oktyabrın 3-dən 8-dək keçiriləcək mədəniyyət günləri Pekin şəhərinin Renmin Universitetində baş tutacaq.

Tədbir çərçivəsində ASAIF-in Çin komandası Azərbaycana aid güşə ilə çıxış edəcək.

ASAIF-in Renmin universitetindəki nümayəndəsi Natiq Xəlilovun verdiyi məlumata görə, Azərbaycan musiqisi, mədəniyyəti, mətbəxi və eləcə də Ermənistan-Azərbaycan Dağlıq Qarabağ problemini də əks etdirən materiallar gələn qonaqlara təqdim olunacaq və onlara dolğun informasiya veriləcək.

Tədbirdə ASAIF ilə yanaşı Azərbaycanın Çindəki səfirliyi və bu ölkədəki azərbaycanlı iş adamları və xüsusi ilə də Desert Rose restoranının rəhbərliyi də gənclərə təşkilatı işlərdə dəstək olacaqlar.

Renmin Universiteti Çinin ən nüfüzlu ali təhsil ocaqlarından biridir. Azərbaycanlı tələbələrin də təhsil aldığı bu universiteti bu günə gədər 5 azərbaycanlı tələbə fərqələnmə diplomu ilə bitirib.

Tədbirdə Renmin universitetinin rəhbərliyi, Çin təhsil nazirliyinin rəhbər heyəti, digər ziyalı şəxlər və xarici ölkələrin Çin Xalq Respublikasındakı fövqaladə və səlahətli səfirlərinin iştirakı da gözlənilir.

Fatimə Kərimli 







1 Oktyabr, 2012  16:51 Baxılıb: 1041 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner