Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Qənirə Paşayeva Marneulidə kitab təqdimatında - FOTO

.

Azərbaycan-Gürcüstan Dostluq qrupunun sədri: “Gürcüstanda yaşayan Azərbaycanlı gənclər arasında kitaba meyilliyi artırmalı və onların ziyalılarla daimi görüşlərini təmin etməliyik”.

Marneulidə fəaliyyət göstərən Azərbaycanlıların Mədəniyyət Mərkəzində (AMM) əslən Qaraçöpdən olan Azərbaycan yazıçısı Nəriman Əbdülrəhmanlının 2012-ci ildə qələmə aldığı, tərtib və tərcümə etdiyi əsərlərin təqdimat mərasimi keçirilib.

Azərbaycanın Millət vəkili, Azərbaycan-Gürcüstan Dostluq qrupunun sədri Qənirə Paşayevaya çıxışında deyib ki, əslən Qaraçopdən olan, istedadlı yazıçı, tədqiqatçı, tərcüməçi Nəriman Əbdülrəhmanlının 2012-ci ildə qələmə aldığı, tərtib və tərcümə etdiyi üç kitabın təqdimatını keçiririk. İndiki zamanda belə məzmunlu kitabların təbliği gənclərimiz üçün vacibdir. Çünki onlar gələcəyin şəxsiyyətləridir. Biz bu gün “Təhlədənəm özüm, dağlar,” “İsgəndər Palanın Yunis Əmrə haqqında olan “Od” romanının və “Nobel antologiyası” kitabları haqqında fikir və mülahizələrimizi söyləyəcək və yazıçı Nəriman Əbdülrəhmanlının ədəbi yaradıcılığına ətraflı nəzər salacağıq.”

Millət vəkili çıxışında rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstutunun dəstəyi ilə Nəriman Əbdülrəhmanlının tərtib etdiyi “Ədəbi Nobel antologiyası” kitabının oktyabrın 23-də Bakıda təqdimatı olacağını bildirib. Onun sözlərinə görə, tərtibçi bu kitabda indiyədək Nobel mükafatı alan şəxslərin tərcümeyi-halı və onlar haqqında hekayələr dərc edib. Qənirə Paşayeva rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstutunun dəstəyi ilə çap olunmuş “Ədəbi Nobel antologiyası” kitabını Gürcüstanda azərbaycan məktəbləri üçün hədiyyə edib. O, eyni zamanda Avrasiya Beynəlxalq Araşdırmalar İnstutunun dəstəyi ilə Nəriman Əbdülrəhmanlının tərcümə etdiyi məhşur Türkiyə yazıçısı İsgəndər Palanın Yunus İmrə ilə bağlı yazdığı “OD”romanı, gənclərin bu romanı oxumasının vacibliyindən də danışıb və Gürcüstanda azərbaycan məktəbləri üçün çoxlu sayda “OD” romanı hədiyyə edib. Millət vəkili Nəriman Əbdürrəhmanlının “Təhlədənəm özüm, dağlar” kitabının da əhəmiyyətindən xüsusi danışıb və onun Gürcüstan məktəblərində təqdimatlarının vacibliyini birlirib. Kitabın nüsxələri Gürcüstanda azərbaycan məktəbləri üçün hədiyyə edilib.

Tədbirdə yazıçı Əli Abbas, Gürcüstan parlamentinin keçmiş deputatı Hidayət Hüseynli, Tədqiqatçı-tərcüməçi Mirzə Məmmədoğlu, Gürcüstan Azərbaycanlı Gənclər İttifaqının sədri Leyla Məmmədova, Gürcüstan Azərbaycanlı Jurnalistlər Birliyinin sədri Nizami Zillioğlu, “Regonpress” qəzetinin əməkdaşı Əbülhəsən Abbasov, “Qarapapaqlar” jurnalının baş redaktoru Akif Xansultanlı və başqaları Nəriman Əbdülrəhmanlı haqqında ürək sözlərini söyləyərək, ona daha səmərəli yaradıcılıq uğurları arzulayıblar.

Tədbirdə Azərbaycan dilli məktəblərdə Azərbaycan ədəbiyyatına aid kitabların çatışmazlığı da qeyd olunub. Tədbirin sonunda Qənirə Paşayeva bildirib ki, Gürcüstanda keçirilən parlament seçkilərindən sonra Bakıdan gətirdiyimiz ədəbiyyat nümunələrini Azərbaycan dilli məktəblərə bağışlayacağıq.






29 Sentyabr, 2012  15:40 Baxılıb: 1249 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner