Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

VAHİD ƏHMƏDOV: «PROBLEMİN YARANMAMASI ÜÇÜN EHTİYAT MƏNBƏLƏR OLMALIDIR» -AÇIQLAMA


Millət vəkili Bakıda yaşanan xaosu müvafiq qurumların hazırlıqlı olmaması ilə əlaqələndirir

Səhər saatlarında Azərbaycan İstilik Elektrik Stansiyasını ildırım vurması nəticəsində Bakıda xaos yaşandı. Əhalinin elektrik enerjisinin kəsilməsi ilə yanaşı Metropaliten fəaliyyətini dayandırdı, işıqforlar işləmədi. Bunun nəticəsində isə avtomabil yollarında saatlarla sürən tıxaclar yarandı. Əhalinin gediş-gəlişi çətinləşdi.

Bu cür vəziyyətin yaranması ölkədə enerji təhlükəsizliyinin necə təmin olunması məsələsini gündəmə gətirdi.

Nə üçün bu problemlərin yaranma ehtimalı əvvəlcədən nəzərə alınaraq, tədbirlər görülmür?

«Azərenerji» ASC-dən bu məsələnin onların deyil, Sənaye və Energetika Nazirliyinin səlahiyyətində olduğunu bildirdilər.

Sənaye və Energetika Nazirliyinin mətbuat xidmətinin rəhbəri Azər Mənsimli Simsar.az-a açıqlamasında bildirdi ki, аlternativ enerji mənbələrinin hesabına ölkəni 100 faiz təmin etmək mümkün deyil. 

Milli Məclisin İqtisadi Siyasət Komissiyasının üzvü Vahid Əhmədov isə Simsar.az-a açıqlamasında Qubada olduğundan Bakıda yaşananlardan xəbərsiz olduğunu dedi. Onun sözlərinə görə, bu cür hadisələr nadir hallarda baş versə və gözlənilməz olsa da, dövlət problemlərin yaranmaması üçün hazırlıqlı olmalıdır:
«Ehtiyat enerji mənbələri hazır vəziyyətdə olmalı və problem baş verən kimi, dərhal xəttə buraxılmalıdır».
Millət vəkilinin sözlərinə görə, prezident İlham Əliyevin sərəncamı ilə Sənaye və Energetika Nazirliyinin tərkibində аlternativ enerji agentliyi yaradılıb: «Bu məsələyə diqqət artırılmalıdır. Görünür agentlik tam hazırlıqlı vəziyyətdə olmayıb».  
Bununla yanaşı V.Əhmədov stansiyada baş verən qəzanın paytaxtdan fərqli olaraq rejgionlarda ciddi problemlərə səbəb olmadığını dedi: «Qubada elektrik enerjisi ilə bağlı hansısa problem yaranmayıb».


Xatirə Nəsirli






28 Sentyabr, 2012  20:04 Baxılıb: 1101 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner