Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Ötən ay mehmanxanalarda 353 521 turist istirahət edib

Bunların cəmi 31 minə yaxını xarici vətəndaş olub

Bu il iyunun 1-dən avqustun 31-dək Azərbaycanın regionlarındakı mehmanxana və mehmanxana tipli obyektlərdə 353 521 turist istirahət edib. Simsar.az-ın məlumatına görə, bunu Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin müdiri Aydın İsmiyev Ümumdünya Turizm Günü ilə əlaqədar keçirilən tədbirdə deyib.
Onun sözlərinə görə, həmin turistlərin 322 568 nəfəri yerli, 30 953 nəfər xarici turist olub.
İsmiyev bildirib ki, 2010-cu ilin göstəricilərinə görə, yay mövsümü ərzində respublikamızın əsas turizm bölgələrində istirahət edən turistlərin sayı 190 438 nəfər, 2011-ci ildə isə 231 959 nəfər təşkil edib.
2012-ci ilin ilk 6 ayının statistik göstəricilərinə əsasən, Azərbaycanda mehmanxana və mehmanxana tipli obyektlərin sayı 506, respublika üzrə yataq yerlərinin ümumi sayı isə 31 850-dir. Hazırda mehmanxana və mehmanxana tipli obyektlərin fəaliyyətinə xüsusi razılıq (lisenziya) əsasında 327, turizm fəaliyyətinə xüsusi razılıq (lisenziya) əsasında 210 turizm şirkəti fəaliyyət göstərir.
İsmiyev bildirib ki, 2012-ci ilin 6 ayı ərzində Azərbaycana gələn əcnəbi vətəndaşların sayı 1 088 823 nəfər təşkil edib ki, bu da ötən ilin 6 ayı ilə müqayisədə 7,1 faiz və ya 72 264 nəfər çoxdur. 2011-ci ildə Azərbaycana gələn əcnəbi vətəndaşların sayı 2 239 141 nəfər təşkil edib, bunun da 1 836 226 nəfəri turistlərin payına düşür.






28 Sentyabr, 2012  18:49 Baxılıb: 848 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner