Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

MİLLƏT VƏKİLİ: “GÜLƏR ƏHMƏDOVANIN MANDATININ LƏĞVİ ÜÇÜN BAŞ PROKURORLUQ PARLAMENTƏ MÜRACİƏT ETMƏLİDİR”

.

 

Sentyabrın 26-da fəaliyyətini dayandırmış Azərbaycan Beynəlxalq Universitetinin keçmiş rektoru Elşad Abdullayevin Milli Məclisin deputatı Gülər Əhmədova ilə bağlı yadığı videogörüntü ətrafında müzakirələr səngimək bilmir. 

2005-ci ilə aid olan çəkilişdə G.Əhmədova deputat olmaq üçün E.Abdullayevdən 1 milyon manat rüşvət istəməsi qeyd olunur. 

Görüntülərdən sonra G.Əhmədovanın barəsində cinayət işi qaldırılacağı, mandatının ləvğ ediləcəyi və nəhayət həbs ediləcəyi barədə mətbuatda məlumatlar verilir. 

Cinayət faktı olduğu halda millət vəkilinin mandatının ləğv olunması prosedurunu izah etmək üçün Milli Məclisin İnsan Hüquqları komitəsinin üzvü Fazil Mustafaya müraciət etdik. 

F.Mustafa qeyd edib ki, G.Əhmədovanın mandatının ləğvi üçün Baş Prokurorluğun məlum görüntü barədə cinayət işi qaldırması vacibdir: «Prokurorluq cinayət işi qaldırmadan Milli Məclis deputatın mandatını ləğv edə bilməz. Prokurorluq deputatın barəsində cinayət işi açandan sonra onun mandatının ləğvi üçün Milli Məclisə müraciət edir. Milli Məclis müraciətə «hə» və ya «yox» cavabı vermək səlahiyyətinə malikdir».

F.Mustafa G.Əhmədova ilə bağlı məlum video barədə heç nə deyə bilməyəcəyini qeyd edib: “Baş Prokurorluq məsələni araşdırmalıdır. Görüntülərin montaj və ya həqiqət olduğu aydınlaşdırılmalıdır”.

RUSLAN


 






27 Sentyabr, 2012  19:43 Baxılıb: 1186 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner