Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

AST Telman ofisianta 10 min dollar bəxşiş verdi

Buna görə, məhkəməyə çağırıldı 

Antalyada Avropanın ən lüks otelini açan Telman İsmayılov ofisianta 10 min dollar bəxşiş verib. Simsar.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, qonaqlarıyla birlikdə yeyib-içən milyarder restorandan çıxanda ofisiantlardan birinə 10 min dollar bəxşiş verib. Pulun az qismini bəxşiş qutusuna atan ofisant qalan hissəsini özünə götürüb. İş yoldaşları bundan şübhələnib və “İsmayılov nə qədər bəxşiş verdi?” – deyə soruşublar. Aldıqları cavab onları qane etmədiyindən ofisiantlar iş yoldaşlarının üstünü axtarmağa çalışıb və bu zaman da onların arasında dava düşüb. Restorana ciddi ziyan dəydiyindən məkanın sahibi ofisiantları məhkəməyə verib və xərcin mübahisə edənlər tərəfindən ödənməsini tələb edib. Bundan başqa restoranın sahibi Telman İsmayılovun da şahid kimi dindirilməsini istəyib. Milyarder isə bundan çox təəccüblənib və ilk dəfə məhkəməyə çıxacağına görə narahat olub. Məhkəmə Azərbaycan əsilli rus iş adamının ofisianta 10 min dollar bəxşiş verib vermədiyini aydınlaşdıracaq. 

Avropanın 7 ulduzlu, ən lüks oteli “Mardan Palace” otelini açan Telman İsmayılov bunun üçün 1.4 milyard dollar xərcləyib. 2009-cu il mayın 23-də baş tutan açılışda Maria Karey, Riçard Gir, Şeron Stoun, Monika Belluci, Ton Cons kimi məşhurlar və Qazaxıstan prezidenti Nursultan Nazarbayev iştirak edib.


Fatimə Kərimli






27 Sentyabr, 2012  14:47 Baxılıb: 1311 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner