Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Elşad Abdullayev: “Bu videogörüntülərin davamı var” – Müsahibə

.

İnternetdə yerləşdirilmiş qalmaqallı videoçarxı yayan Elşad Abdullayev BBC Azərbaycancaya müsahibəsində pulu oğurlanmış qardaşının azad olunması məqsədilə millət vəkili seçilmək üçün təklif etdiyini bildirib.
Fransada yaşayan Elşad Abdullayev videonu öncə hüquq-mühafizə orqanlarına təqdim etdiyini deyib:
“Bu videodan başqa Azərbaycanda adam oğurlanması ilə bağlı mütəşəkkil cinayət təşkilatları iştirakçılarının gizli videogörüntüləri 9 il ərzində qeydə alınıb. Onların hamısını mən şəxsən prokurorluğa təqdim etmişəm. Yüzlərlə videogörüntü təqdim olunub. 13 oktyabr 2003-cü ildə mənim qardaşım Milli Təhlükəsizlik Nazirliyinin mayoru – Mahir Abdullayev oğurlanıb və indiyədək onu ailəsinə qaytara bilmirik”.
- Videogörüntüləri kim və necə çəkib?
- Azərbaycanda dövlətin gücündən istifadə edən mütəşəkkil cinayət təşkilatı mövcuddur. Mən hakimiyyətə 100-dən artıq nəticəsiz şikayətlə müraciətdən sonra bir hüquq elmləri doktoru kimi məcbur oldum ki, özüm kriminalistik fəaliyyəti yerinə yetirim. Mən heç nəyi uydurmamışam. Hüquqi, maddi sübutlara əsaslanan bu videogörüntüləri hüquq-mühafizə orqanlarına göstərərək demişəm ki, mənim qardaşımın oğurlanmasının təşkilatçısı budur, icraçıları budur, təşkilatın pul yığanları budur. Mənim qardaşımı oğurlayanlarla bağlı Avropa Məhkəməsinə müraciət etmişəm. Dövlət var gücü ilə mənim əleyhimə işləyib.
- Amma siz həmin dövlətin hakim partiyasından millət vəkili olmaq üçün pul verməyə çalışmısınız? Həmin videodan belə bəlli olur.
- Mən həmin pulu qardaşımın qaytarılması üçün vermişəm.
- Videogörüntünün montaj olunduğu deyilir?
Bu videgörüntülər Avropa Məhkəməsinə təqdim olunub. Buna şübhə edənlər müstəqil ekspertlərə müraciət edə bilərlər. Mən şikayətlərimə görə təhdid olunmuşam. Tələb ediblər ki, Avropa Məhkəməsindən şikayətini geri götür. 2010-cu ildə isə ölkəni tərk edərək Fransaya gəlmişəm. Bu videogörüntülərin davamı var.
- Siz əlavə videoları qeyd etdiz. Onlar nə haqdadır?
- Təkcə Gülər Əhmədovanın görüntülərindən söhbət getmir. Orda Azərbaycanda adam oğurluğu ilə məşğul olan mütəşəkkil cinayətkar təşkilatının icraçıları, kriminal kontaktları, fırıldaqçı, baxıcıları, falçıları, xüsusi xidmət orqanlarının əməliyyatçıları… onlar birbaşa iştirak edirlər. Və bunların hamısının başlıca məqsədi adam oğurluğu ilə birgə fəaliyyət göstərmək, cinayətin yerini gizlətmək, məkan yerini gizlətmək, cinayətin zamanını gizlətmək, əsas cinayətkarları gizlətmək. Cəmiyyəti aldatmaq, cəmiyyəti yayındırmaq, ağzını bağlamaq, gözünü bağlamaqdır.
- Videoda yarım milyondan söhbət gedir. Universitet rektorunda bu qədər pul hardandır sualı yarana bilər.
- Qohumlarım kömək edib. Tikinti şirkətlərinə pul buraxmışam, onlar mənə mənzil veriblər – onları satmışam. Həmin mənbələr konkret olaraq müvafiq qurumlara təqdim etdiyim sənədlərdə göstərilib. Mən prezidentin fərmanı ilə üniversitetləri tənzim edən sahibkar olmuşam. Mən özəl sektorda çalışmışam, dövlət sektorunda çalışsaydım siz deyə bilərdiniz ki, səndə bu qədər pul hardandır – sən korrupsionersən.
Onlar çox təhlükəli adamlardır. Mənim üçün əsas qardaşımın problemini həll etməkdir. Mən həmin ərəfədə hüquq fakültəsinin 30-illik müəllimiydim və bunu deputatlıqdan daha yüksək hesab edirəm. Pulu məndən notariatla alıblar gör, bunlar nə dəhşətli dərəcədə çəkinməyən adamlardır. 2-ci qardaşımı zəhərləyiblər. İdmançı adam idi normal əmək qabiliyyətini itirib danışa bilmir. Mən bütün videoları təqdim edə bilərərəm. Gülər Əhmədova ilə mənim 5 saatdan artıq video-yazısı var, onun yalnız 10-15 dəqiqəsini açıqlamışam. Bu videoya əvvəldən – axıradək baxandan sonra hər şey aydın olur.
-Qeyd etdiyiniz 5 saatlıq videoda söhbət nədən gedir?
Qardaşımın azad edilməsi məsələsi – məsələni belə qoyub ki, əvvəl sizi deputat seçdirəcəyik, sonra qardaşınızı qaytaracağıq. Amma köməksiz qaldığımdan mən Azərbaycanı tərk etməyə məcbur oldum. İlham Əliyevə, Mehriban Əliyevaya, Ramiz Mehdiyevə müraciətlər etmişəm ki, ya bu problemi həll edin, ya da mən Azərbaycan vətəndaşlığından imtina edəcəyəm.
-Yarım milyon pulun tələbələrə məxsus olduğu deyilir.
-Azərbaycanda adam oğurluğu ilə məşqul olan mütəşəkkil cinayətkar təşkilatı çəkinmədən ağzına gələni danışır, çəkinmədən televiziyada çıxış edir, təhdid edir. Mən Azərbaycanda 1-ci hüquqşünas idim, qardaşım oğurlanandan sonra, eləki dedim ki, qardaşımı filankəslər oğurlayıb, buda – Azərbaycanda adam oğurluğu ilə məşqul olan müttəşəkkil cinayətkar təşkilatın sxemi, bizə məlumdur, kimlər bunu edib, notariatla məndən pul alıblar, qardaşımın geri qaytarılması üçün, doktorluq işimi ləğv edib Moskvaya göndərdilər – lakin Moskva təhsil nazirliyi və Ali Attestasiya Komissiyası mənin dokrorluğumu qüvvədə saxladı.
-Amma bunun sizin millət vəkili olmaq istəyi ilə necə bağlıdır?
-Bu videonu düzgün qiymətləndirmək üçün mən sizə bütün video görüntülərini təqdim edə bilərəm. O video görüntü 5-10 dəqiqəlik videodur. Gülər Əhmədova ilə danışığımın 5 saatdan yuxarı video görüntüləri var. Gərək bunun hamısına baxasan ki biləsən bu adam nədir.
-Tam aydın olsun deyə, həmin yarım milyona qayıdıram mən. Bu yarım milyonun tələbələrə məxsus olduğu da iddia edilir. Siz bunu necə cavablandırardız?
-Mənim orada beş saatdan yuxarı Gülər Əhmədova ilə video görüntülərim, danışıqlarım var. Mən o 5 saat müddətində problemlərin birinin də müzakirəsindən söhbət getmir. Orada söhbət gedir oğurlanmış qardaşım Mahir Abdullayevin geri qaytarılması, ondan əlavə müxtəlif söhbətlərdən – o adam çox peşəkardı bu məsələlərdə. Ona qədər də mən vergilərlə videogörüntülər təqdim etmişəm Azərbaycanın mühafizə orqanlarına.






27 Sentyabr, 2012  13:12 Baxılıb: 933 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



sagbanner