Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Ötən il 27 790 qadın abort əməliyyatı etdirib

Bu gün Bakıda reproduktiv sağlamlıq vasitələrinin təminatı təhlükəsizliyinin dövlət tərəfindən idarə olunmasına həsr olunmuş dəyirmi masa keçirilib

Simsar.az-ın məlumatına görə, tədbirdə çıxış edən Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin tibbi keyfiyyət standartları şöbəsinin həkim-metodisti Teymur Hüseynov Brüsseldə “Sübuta əsaslanan reproduktiv sağlamlıq vasitələrinin təminatı təhlükəsizliyinin dövlət tərəfindən idarə olunması”na həsr olunmuş görüşün nəticələri haqqında məlumat verib.

Millət vəkili Məlahət İbrahimqızı bildirib ki, Azərbaycanda reproduktiv sağlamlıq və ailə planlaşdırılması haqqında qanun layihəsi bu il qəbul olunacaq: “Qanun layihəsinin müzakirəsi parlamentin payız sessiyasının gündəliyinə salınıb. Amma konkret olaraq hansı ayda müzakirə ediləcəyi məlum deyil”.

Reproduktiv Sağlamlıq və Ailə Planlaşdırılması üzrə milli ofisin əməkdaşı Gülnarə Rzayeva Azərbaycanda ailə planlaşdırılması sahəsində göstərilən xidmətlərin vəziyyətindən danışıb. O deyib ki, ölkədə kontraseptiv vasitələrdən istifadə ilə bağlı əhalinin məlumatı azdır. Bu səbəbdən abort edənlərin sayı artır. 2011-ci ildə abort etdirən qadınların sayı 27 790 nəfərə çatıb. G.Rzayevanın sözlərinə görə, həkimlər bu səviyyənin aşağı düşməsi üçün qadınlar arasında maarifləndirmə işləri aparmalıdır.






26 Sentyabr, 2012  21:09 Baxılıb: 893 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



sagbanner