Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

“ASAN” insanların işini asanlaşdıracaq

Bu gün bununla bağlı mətbuat konfransı keçirilib

Bugün Beynalxalq Mətbuat Mərkəzində Qeyri-Hökumət Təçkilatlarına Dövlət Dəstəyi Şurası Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyət istiqamətləri, Açıq hökumətin təşviqi və korrupsiyaya qarşı mübarizəyə dair Milli Fəaliyyət Planlarının ictimai müzakirələrinə dair iclas keçirilib.

Açılış nitqini Milli Məclisin deputatı Azay Quliyev edib. O, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin dövlət qurumları ilə vətəndaş cəmiyyətinin əlaqəsi üçün mühüm olduğunu bildirib. Daha sonra Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam kərimov çıxış edib. O, yaradılacaq “ASAN xidmət” mərkəzlərində  dövlət tərəfindən həyata keçirələcək xidmətlər haqqında danışıb. Onun sözlərinə görə, həmin xidmətlər aşağıdakılardır:

- vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, doğumun qeydə alınması, ölümün qeydə alınması, nikahın qeydə alınması, nikahın pozulmasının qeydə alınması, övladlığa götürmənin qeydə alınması, atalığın müəyyən edilməsinin qeydə alınması, adın, ata adının və soyadın dəyişdirilməsinin qeydə alınması, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələrin (təkrar şəhadətnamələrin) verilməsi, notariat fəaliyyəti, şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, məhkumluq barədə arayışların verilməsi, daşınmaz əmlakla bağlı əməliyyatların qeydiyyatı, yaşayış evləri (mənzilləri) üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışların (ilkin qeydiyyat istisna olmaqla) verilməsi, daşınmaz əmlak üzərində hüquqların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi, kommersiya hüquqi şəxslərin və vergi ödəyicilərinin qeydiyyatı, hüquqi və fiziki şəxslərə arxiv arayışlarının verilməsi, gömrük bəyannamələrinin, gömrük rəsmiləşdirilmələri üçün sənədlərin qəbulu, Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazə, habelə daimi yaşamaq üçün immiqrant statusunun əldə edilməsi ilə bağlı sənədlərin verilməsi, torpaq kadastrı məlumatları barədə arayışların verilməsi, əmək pensiyalarının təyin edilməsi, dövlət orqanlarının göstərdikləri bütün xidmətlər üzrə informasiya xidmətinin həyata keçirilməsi.

 Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov onu da bildirib ki, tezliklə Azərbaycanda fəaliyyət göstərəcək ASAN-Xidmət mərkəzləri özündə 9 dövlət qurumunun 23 xidmətini özündə birləşdirəcək: “ASAN-Xidmət mərkəzlərində vətəndaşla dövlət qulluqçusu arasında heç bir ödəniş həyata keçirilməyəcək və bütün ödənişlər elektron qaydada bank vasitəsilə ödəniləcək. Mərkəzlər həftənin bütün günləri (istirahət günləri də daxil olmaqla) fasiləsiz, saat 20.00-dək fəaliyyət göstərəcək”.

 

 







26 Sentyabr, 2012  18:34 Baxılıb: 865 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner