Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Sürücülər diqqət! Yol polisinin avtomobili sizi kameraya çəkir

Azərbaycanda yol patrul xidməti avtomobillərinə kamera quraşdırılıb 

Azərbaycanda yol patrul xidməti avtomobillərində videokameralar quraşdırılıb. Respublika Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev Simsar.az-a bildirib ki, "Yol-Patrul Xidməti haqqında Təlimat"ın göstərişinə uyğun olaraq, respublikadakı əksər patrul xidməti avtomobillərində video və audioyazılar aparılması üçün avadanlıqlar quraşdırılıb. Yerdə qalan az qisim yol-patrul avtomobillərində də bu vasitələrin quraşdırılması prosesi aparılır.

Şöbə rəisi bildirib ki, patrul avtomobilindəki kamera xidmətə çıxdığı vaxtdan daim işlək vəziyyətdə olur. "Sürücü ilə ünsiyyətdə də audio və videoyazı aparılır, bütün danışıqlar qeydə alınır", - Əliyev bildirib.

İdarə rəsmisi sürücülərdən xahis edir ki, münaqişə yaratmasınlar, yol polisinin fəaliyyəti ilə bağlı yalan, böhtan xarakterli məlumatlar verməsinlər.

"Artıq elə faktlar var ki, sürücünün yol verdiyi qayda pozuntusu da, yol polisi əməkdaşının sürücü ilə normal danışığı da video və audioyazılarda qeydə alınıb. Amma vətəndaş müraciət edir ki, yol polisi əməkdaşı onunla kobud rəftar edib. Həmin görüntülərdən aydın olur ki, vətəndaş böhtan xarakterli müraciətlər edib. Bu da məsuliyyətdən yayınmaq üçün atılan bir addımdır", - şöbə rəisi deyib.

Onun sözlərinə görə, baş vermiş mübahisələr araşdırılarkən, mübahisəyə baxan orqanın müraciəti ilə video və audioyazılar həmin orqana təqdim olunur.

Qeydə alınan görüntülər və yazıların yol polisinin maraqları baxımından silinməsi məsələsinə aydınlıq gətirən Əliyev bildirib ki, yol polisi əməkdaşı istəsə də, həmin görüntüləri və yazıları poza bilməz.

"Buna nəzarət var. Yol patrul xidməti avtomobilindəki radio rabitə sistemi işə düşəndən sönənədək (bu sistem xidmət müddətində açıq olmalıdır) video-kamera və audio cihaz daim işlək vəziyyətdədir. Qeydə alınan görüntülər müəyyən müddət saxlanılır. İnspektor-sürücü arasındakı münasibəti araşdıran orqanın müraciəti ilə videogörüntülər və audioyazı həmin orqana təqdim olunur", - şöbə rəisi deyib.

Əliyev yol patrul xidməti avtomobillərində həmin vasitələrin quraşdırılmasından sonra sürücülər tərəfindən yol polisi əməkdaşları ilə onlar arasında olan danışıqların video və audioçəkilişinin aparılmasına ehtiyac olmadığını bildirib.

"Sürücülər tərəfindən aparılan bu yazıların sübut kimi qəbul edilib-edilməməsi məhkəmədən asılıdır", - o deyib.

Qeyd edək ki, "Yol-Patrul Xidməti haqqında Təlimat"da qeyd olunur ki, patrul avtomobili radio-cihaz vasitəsi, qırmızı və ya göy sayrışan işıq və xüsusi səs siqnalı, kompüter, videokamera, dərman qutusu, 2 ədəd yol nişanı, fənər, yanğın söndürən vasitə, hadisə yerini bildirən işıq əks etdirən lent və digər texniki vasitələrlə təchiz olunmalıdır.

Təlimata uyğun olaraq patrul avtomobilində xidmət aparan YPX inspektoru tərəfindən nəqliyyat vasitəsi saxlanılarkən patrul avtomobilində quraşdırılmış videokamera daim işlək
vəziyyətdə olmalı, məsafədən səs ötürən mikrofondan istifadə edilməlidir. Sürücü ilə ünsiyyət və inzibati xətanın sənədləşdirilməsi, habelə YPX inspektorunun digər hərəkətləri avtomobilin içəri hissəsində və ya kənarda kameranın görünüş dairəsində aparılmalıdır.






26 Sentyabr, 2012  17:49 Baxılıb: 1186 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner