Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Afrikalılar “İRƏLİ”də

.

Azərbaycanın Misirdəki səfirliyi, Afrika İttifaqı yanında müşahidə missiyası və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə Afrika İttifaqının rəhbərliyi altında Afrika dövlətlərinin gənc mütəxəssislərinin ölkəmizə səfəri baş tutub. “İRƏLİ” İctimai Birliyinin mətbuat xidmətindən verilən məlumata görə, səfər çərçivəsində Afrika İttifaqı Komissiyasının əməkdaşları və Efiopiya, Kamerun, Misir, Benin, Svazilend, Keniya, Sudan, Nigeriya, Qabon, Mozambik və s. ölkələrin nümayəndələri birliyin nümayəndələri ilə görüşüblər.

“İRƏLİ” İctimai Birliyinin sədri Rauf Mərdiyev birliyin fəaliyyəti, strukturu, baş tutan layihələr və gələcəkdə görüləcək işlər haqda ətraflı məlumat verib.

Qonaqlara “İRƏLİ”nin fəaliyyətini əks etdirən təqdimat göstərilib.

Daha sonra Afrika nümayəndə heyətinin rəhbəri xanım Ngvenya öz təşkilatları barədə məlumat verib. Xanım Ngvenya əməkdaşlıq istiqamətlərindən danışaraq gələcəkdə “İRƏLİ” ilə ortaq layihələrin həyata keçirilməsindən məmnun olacaqlarını bildirib.

Görüş qarşılıqlı diskussiya şəklində davam edib, birgə əməkdaşlıq çərçivəsində görüləcək layihələr müzakirə olunub və qonaqları maraqlandıran suallar cavablandırılıb.






26 Sentyabr, 2012  14:08 Baxılıb: 864 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



sagbanner