Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

GÜLƏR ƏHMƏDOVA VİDEONUN MONTAJ OLDUĞUNU İDDİA EDİR - VİDEO

.

Azərbaycan Beynəlxalq Universitetinin rektoru, hazırda Fransanın Strasburq şəhərində yaşayan Elşad Abdullayev bir neçə gün əvvəl KİV-lərə müraciət edib. Qalmaqallı müraciətləri ilə gündəmə gələn rektor qardaşı Mahir Abdullayevin itkin düşməsində şübhələndiyi şəxslərin sırasını artırıb. Həmin siyahıda bundan əvvəl də qadınlar olub- budəfəki yeni sima da qadındır. Üstəlik, E. Abdullayev iddia edir ki, həmin xanıma - Milli Məclisin üzvü Gülər Əhmədovaya 2 milyon dollar rüşvət də verib.

Müraciətində iddia edir ki, bu hadisə 2005-ci ilin noyabr ayına təsadüf edib: “Əvəzində məni Milli Məclisə deputat seçdirəcəyinə və bundan sonra qardaşımın sağ-salamat geri qaytarılacağına söz vermişdir. Lakin o, vədinə əməl etməmiş, pulumu geri istədikdə isə məni həbs etdirəcəyi və fiziki cəhətdən məhv etdirəcəyi ilə hədələmişdir”. Rektor etiraf edir ki, o, Gülər Əhmədova ilə söhbətlərinin video çəkilişini və telefon danışıqlarının audio yazısını aparıb.

G.Əhmədova Simsar.az-ın əməkdaşına bildirib ki, baş verənlərlə bağlı açıqlaması olacaq: “Bir az səbirli olun. Videonun montaj olduğunu sübut edəcəm”. 

Qeyd edək ki, videodakı Seva adlı xanım Sevinc Telman qızı Babayevadır. O, Xətai rayonundakı Sabir adına Kitabxanada direktor vəzifəsində çalışır.

RUSLAN






26 Sentyabr, 2012  13:30 Baxılıb: 1527 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



sagbanner