Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

2013-cü ildə pensiyalar artırılacaq

Dövlət büdcəsində DSMF-ə ayrılan vəsaitin məbləğinin 10.1 faiz artırılması nəzərdə tutulur

2013-cü il üçün dövlət büdcəsində Dövlət Sosial Müdafiə Fonduna ayrılan vəsaitin məbləğinin 10.1 faiz artırılması nəzərdə tutulur ki, bu da təqaüdlərin artırılmasına imkan verəcək. Bu barədə jurnalistlərə fondun sədri Səlim Müslümov məlumat verib. Onun sözlərinə görə, artırılan vəsaitin əsas hissəsi təqaüd sisteminin təkmilləşdirilməsi tədbirlərinə sərf olunacaq. Təqaüdlərin artırılması da bu tədbirlərdən ən vacibidir.

“Biz orta aylıq təqaüdü orta aylıq əmək haqqının olan nisbəti kimi 40 faizə çatdırmışıq. Bu 40 faizi saxlayaq. Əmək haqları sürətlə artır. Onun 40 % həcmini saxlamaq üçün təbiidir ki, təqaüdlərin sığorta hissəsi inflyasiya faizinə uyğun olaraq artırılır, amma baza hissəsi cənab prezidentin fərmanları ilə artırılır. Əgər 2 milyard 454,3 milyon manat 2 milyard 701,5 milyon manata qaldırılırsa, bu da təqribən 255 milyon manat artım deməkdir. Bunun da əsas hissəsi təqaüdlərin artırılmasına yönəldiləcək vəsaitlərdir. Təbii ki, artımlar təqaüdlərin təkcə sığorta və baza hissəsi ilə bağlı deyil, həm də sistemə daxil olacaq təqaüdçülərin təqaüdünün daha yüksək olması, sistemdən çıxan təqaüdçülərdən daha aşağı olması arasındakı fərqinin də maliyyələşdirilməsinə kifayət etməlidir”, - deyə S.Müslümov vurğulayıb.






26 Sentyabr, 2012  02:36 Baxılıb: 987 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner