Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

ADU: “Günahkarlar cəzalandırılacaqlar”

.

Azərbaycan Dillər Universitetində aşkarlanan korrupsiya faktları ilə əlaqədar araşdırma aparılır.
Məsələ ilə bağlı Universitetin mətbuat xidmətinin rəhbəri Zeynəb Kazımova bildirib ki, hazırda araşdırma aparıldığı üçün kimin günahkar olmasını demək mümkün deyil.

“Bu barədə Hesablama Palatasının Audit yoxlamaları tərəfindən araşdırma aparılıb. Daha sonra yoxlamaların nəticələri rəsmi olaraq açıqlandı və Baş Prokurorluq tərəfindən araşdırmalar aparıldı. Biz rəsmi olaraq həmin açıqlamalar əlavə olaraq nə isə demək istəmirik. Günahkar kimdirsə cəzalanacaq” – deyə, Z.Kazımova bildirib.

Qeyd edək ki, Baş Prokurorluğun Azərbaycan Dillər Universitetində apardığı araşdırmalar nəticəsində universitetin məsul şəxsləri tərəfindən külli miqdarda pul yeyintisi aşkarlanıb.

Bundan başqa universitetdə müxtəlif tədbirlərin keçirilməsi adı altında müvafiq təsdiqedici sənədlər olmadan kassadan saxta ödəmə cədvəlləri tərtib edilməklə, həmçinin yanacaq xərclərinə görə külli miqdarda dövlət vəsaiti mənimsənilib.

Hazırda faktla bağlı Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.






25 Sentyabr, 2012  17:01 Baxılıb: 836 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner