Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Yaşıl avtobuslar Bakıdan yola düşdü

“IDEA” kampaniyası “yaşıl avtobus”ları respublikanın rayon və şəhərlərinə yola saldı.


Bu gün Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tərəfindən başlanmış IDEA ətraf mühitin mühafizəsi üzrə kampaniya tərəfindən növbəti ölkəmiqyaslı ekoloji maarifləndirmə layihəsinə start verildi.

“Yaşıl Azərbaycan naminə” adı altında keçirilən layihədə ölkənin 20 şəhər və rayonunda məktəblilərə ekoloji biliklər aşılanacaq.

Bu məqsədlə bu gün “Qız Qalası” ətrafında toplaşan layihə iştirakçıları simvolik olaraq adlandırılan “yaşıl avtobusları” həmin rayonlara yola saldılar.

Tədbirdə çıxış edən IDEA-nın ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Lalə Nəbiyeva bildirib ki, layihə çərçivəsində 40 məktəbin hər birində 200 şagird olmaqla ümumilikdə 8 min şagirdə təlimlər keçiriləcək.

Onun sözlərinə görə Azərbaycanın 10 universitetindən 300 nəfər arasında seçilən 20 nəfər 3-cü və 4-cü kurs tələbələri avqust ayında təlimçi kimi hazırlanıblar.

“Həmin təlimçiləri biz “yaşıl təlimçilər” adlandırıq. Onlar 5 nəfərlik komanda ilə 4 həftə ərzində rayonları gəzəcək və məktəblilərə təlim keçəcəklər. Bizim məqsədimiz odur ki, bölgələrdə şagirdlərin ekoloji biliklərini, təbiətə qarşı həssaslıqlarını artıraq. Layihənin davamlı olaraq keçirilməsi planlaşdırılır” – L.Nəbiyeva qeyd edib.

Qeyd edək ki, IDEA kampaniyası ilin sonuna kimi daha bir ekoloji layihəyə start verəcək. Bu layihə isə “Eco hour” adlanacaq.






25 Sentyabr, 2012  17:01 Baxılıb: 954 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner