Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

«TELEFON OĞURLAYAN UŞAĞI ADAM ÖLDÜRƏNLƏ BİR YERDƏ SAXLAMAQ TƏHLÜKƏLİDİR» - MÜSAHIBƏ

Nazir Quliyev: «Parlamentin payız sesiyasında yuvenal qanunvericiliklə bağlı müzakirələr aparıla bilər»

Azərbaycanda cinayət törədən uşaqlar böyüklər kimi mühakimə olunur. Bunun nəticəsidir ki, onlara cəza verilərkən bəzi hallarda nəticə əsas götürülür, cinayətin törənməsinə səbəb olan mühit və onların yaşları nəzərə alınmır. BMT-nin Uşaq Hüquqları Komitəsi artıq bir neçə ildir ki, yuvenal məhkəmələrin yaradılmasını - yəni uşaqların ixtisaslaşmış mütəxəssislər tərəfindən mühakimə olunnmasını tövsiyə etsə də, bu məsələ hələ də öz həllini tapmayıb. Yuvenal məhkəmənin yaradılması ilə bağlı işlərin nə yerdə olduğunu və burada nəzərdə tutulan başlıca şərtləri aydınlaşdırmaq üçün Uşaq Hüquqları üzrə QHT Alyansının idarə heyyətinin sədri Nazir Quliyevlə söhbət etdik. 

- Uşaq hüquqları həmişə cəmiyyətin diqqət mərkəzində olub. XIX əsrdə nəzəriyyəçilər, xüsusilə ABŞ-da belə bir fikir səsləndirirdilər ki, uşaqlara xüsusi yanaşma sərgilənməli, onlar böyüklər kimi mühakimə olunmamalıdır. Bu rəylərin nəticəsində ilk dəfə Çikaqo ştatında yuvenal məhkəmələr yaraldıldı. Bu yuvenal ədliyyə islahatlarının başlanğıcı oldu. Beynəlxalq termin kimi tanınan yuvenal məhkəmə Azərbaycanda yetkinlik yaşına çatmayanların ədalət mühakiməsi adlandırılır və uşaqların hüquqlarının daha səmərəli qorunmasını, onların cəmiyyətə adaptasiyasını, ağır cəzalardan azad olunmasını təmin edir. BMT Uşaq Hüquqları Konvensiyasına əsasən uşaqlıq yaşı 18 hesab olunur. Bu dövrdə uşaqlara cəza verilərkən yalnız nəticə deyil, həm də bu cinayətə səbəb olmuş şərait, nəzərə alınmalıdır. Yuvenal ədliyyə bu sahədə qanunvericiliyin olmasını özündə ehtiva edir. Eyni zamanda burada ixtisaslaşmış ədliyyə, polis, məhkəmə, prokurorluq, vəkil qurumlarının olması nəzərdə tutulur. Bunların mövcud olması uşaqlara qarşı daha münasib normaların olmasına imkan verir. Hazırda inkişaf etmiş ölkələrdə, xüsusən Qərbi Avropa ölkələrində - o cümlədən Almaniya, İsveç, Yeni Zellandiya və digər ölkələrdə yuvenal məhkəmə geniş yayılıb. Qazaxıstanda isə Alma-ata və Astanada ailə məhkəmələri yaradılıb. İxtisaslaşma imkan verir ki, uşaq sahəsində daha təcrübəli olan insanlar onların işlərinə baxsınlar. BMT-nin Uşaq Hüquqları Komitəsi 3 fevral 2002-ci ildəki tövsiyədə qeyd edib ki, Azərbaycanda yuvenal məhkəmə yaradılmalıdır. Bunun üçün əsasən sosial reablitasiya mərkəzləri olmalıdır. Çünki, məhkəmə nativ cəza növü ilə bağlı qərar qəbul etsə belə, bu cür mərkəzlər olmadığı halda bunun effekti olmaycaq. 2007-ci ildə ilk dəfə Daxili İşlər Nazirliyi, UNİSEF, Ombudsman, ATƏT-in Bakı ofisi, Uşaq Hüquqları üzrə QHT Alyansı yüngül qanun pozuntularına yol vermiş uşaqlar üçün Uşaq Hüquqları Klinikası və Uşaq və Gənclərin Reablitasiya Mərkəzini yaratdı. Bu günə qədər 200-dək uşaq həmin reablitasiya mərkəzindən keçib. Təcrübə göstərir ki, həmin uşaqların çox az bir qismi yenidən cinayət törədir.

- Аlternativ cəza deyiləndə əsasən nələr nəzərdə tutulur?

- Cinayət Məcəlləsində tərbiyə xarakterli tədbirlər nəzərdə tutulur. Yəni həbsə nativ tədbirlər. Burada valildeyn nəzarətinə verilmə, sosial readblitasiya mərkəzinə göndərilmə, hər hansı ictimai işlərə cəlbetmə tədbirləri var. Böyüklər törətdikləri hər hansı əməli məqsədli formada edirlər. Uşaqların törətdikləri cinayətlər isə bəzən təsadüf nəticəsində, uşaqlıq hisslərinin baş qaldırması nəticəsində baş verir. Eyni oğurluq hadisəsinə görə, uşaqla böyüyə münasibət eyni olmamalıdır.

- Burada uşaq həbsxanasının ləğvi məsələsi nəzərdə tutulurmu?

- Heç bir halda uşaq həbsxanalarının ləğvindən danışa bilmərik. Sovet dövründə cəzaçəkmə müəssisələri islah əmək müəssisələri adlandırdı. Yəni Leninin, Darvinin, Marksın nəzəriyyələrinə əsasən, Sovet sistemi düşünürdü ki, insanı əmək islah edə biləcək. Müasir Azərbaycan qanunvericiliyində isə pentensiar sistem cəza ilə islahı əsas tutur. Yeganə hamının uşaq həbsxanası kimi tanıdığı müəssisə cəza deyil, tərbiyə müəssisəsi adlanır. Eyni zamanda Təhsil Nazirliyinin tabeliyində Qubada daha bir müssisə yerləşir ki, ora böyük ictimai təhlükə törətməyən uşaqlar göndərilir. İstənilən halda ağır cinayətlər törədən uşaqlar olur ki, onları cəmiyyət içərisində islah etmək mümkün deyil. Ağır və yüngül cinayət törədən uşaqların bir yerdə saxlanması əslində çox təhlükəlidir. Adının uşaq həbsxanası və ya tərbiyə müəssisəsi olmasından asılı olmayaraq, uşaqların cəmiyyətdən təcrid olunması vacibdir. Bu, bütün dünyada da var. Amma nativ üsulları da tətbiq etməliyik və mümkün olduqda qapalı yerlərə ən ağır cinayət törədənləri göndərməliyik. Mobil telefon oğurlamış uşağı adam öldürənlə bir yerdə saxlamaq həmin uşağın gələcək inkişafını təhlükə altına salmaqdır.

- Yuvenal məhkəmənin formalaşması üçün Azərbaycanda kadr potensialı hansı səviyyədədir?

- Hökumət orqanları həmişə bildirirlər ki, bizdə uşaq cinayətləri ümumi cinayətlərin 3-5 faizini təşkil edir, bunun üçün ayrıca məhkəmənin yaradılmasına və xərc çəkilməsinə ehtiyac yoxdur. Məsələ burasındadır ki, bizdə əksər hallarda orta məktəblər də, valideyinlər də uşaqların cinayətlərini gizlətməyə üstünlük verirlər. Ona görə də uşaq cinayətləri ilə bağlı dəqiq məlumatlar olmur. İlkin mərhələdə regional yuvenal məhkəmələr yaradıla bilər. Bu məhkəmələr Apellyasiya Məhkəməsinin nəzdində yerləşə bilər. İkinci tərəfdən isə məhkəmələrin tərkibində ixtisaslaşmış kadrlar yerləşdirilə bilər. Yuvenal məhkəmələrin əsas elementlərindən biri də odur ki, burada sosioloq, psixoloqların rolu gücləndirilir. Yəni uşaqla danışmağı bacaranlar onları dindirirlər.

- Bu il qanunun qəbul ediləcəyi gözlənirmi?

- Bildiyimə görə, parlamentin payız sensiyasında bununla bağlı hansısa işlər görülməlidir. Artıq kifayət qədər müzakirələr aparılıb, layihə UNİSEF-in ekspertizasından keçib.

- Məsələnin bu qədər yubanmasının səbəbi nədir?


- Həmişə əsas gətirilib ki, bizdə məhkəmə - hüquq islahatları gedir. Məncə indi bu məsələlər də aradan qalxıb və qanunun qəbulu üçün hər hansı əngəl qalmayıb.

Xatirə Nəsirli 






25 Sentyabr, 2012  14:29 Baxılıb: 1170 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner