Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

ANS-in “İkinci həyat”ına son qoyuldu

“Badımcan” Ülviranın axırına çıxdı

Sentyabr ayının 17-i və 18-ində ANS TV-nin “İkinci Həyat” verilişində baş verən gözlənilməz və xoşagəlməz hadisələr verilişin bağlanmasına səbəb oldu. Ülvira Qarayevanın verilişində qonaqlaran bəziləri söz azadlığından istifadə edərək etik normalardan uzaq ifadələrə yol verdilər. Bu faktları dərhal qeydə alan Milli Televiziya və Radio Şurası ANS TV-nin Baş direktoru Mir Şahin Ağayevi quruma dəvət etdi və ona rəsmi xəbərdarlığını çatdırdı. Prosesin ardını Mir Şahin Ağayev belə izah edib: “Mən dərhal təcili toplantı keçirdim və elan edilmiş xəbərdarlığı verilişin yaradıcı heyətinin və struktur rəhbərlərinin nəzərinə çatdırdım. Birbaşa efirdə baş vermiş bu hadisənin araşdırılması və səbəbkarların ciddi cəzalandırılması məqsədilə müvafiq tapşırıqlar verdim. Bu müşavirədə onu da qeyd etdim ki, bu hadisə təsadüfi olmaya da bilər. Hətta mümkündür ki, burada ANS TV-nin imicinə zərbə vurmaq istəyən qüvvələrin, rəqabəti qaydasız aparan kimlərinsə əli ola bilsin. Verilişin aparıcısı və prodüsserinə xəbərdarliq elan edildi və buna görə daha diqqətli olmağı tələb etdim".

ANS TV-nin sədri Mais Məmmədov problemin alt qatı barədə danışdı: “O zaman üçüncü qüvvələr versiyası üzərində o qədər də dayanmadıq. Amma görünür nahaq yerə. Çünki sentyabr ayınını 19-da rəsmi xəbərdarlıqdan cəmi bir neçə saat sonra “İkinci həyat” verilişində daha böyük fövqəladə hadisə baş verdi. Bu dəfə verilişin birbaşa efirinə telefonla qoşulan iştirakçı nalayiq tərzdə küçə söhbətini və etikadan kənar çıxan "Səni görüm yanasan, səni görüm badımcan... özünə!" cümləsini səsləndirdi. Baxmayaraq ki, burada, necə deyərlər, heç nə adı ilə çağrılmamışdı, amma artıq olan olmuşdu, efirə təxribat yol tapmışdı. Aparıcının müdaxiləsi və həmin şəxsə özünü ələ almaqla bağlı xəbərdarlığına baxmayaraq ANS-in tamaşaçıları təhqir olunmuşdu. Bu zaman biz bir neçə saat əvvəl keçirilən müşavirədə hadisənin 3-cü qüvvələr və ya Azərbaycan xalqının düşmənləri tərəfindən törədilə bilmə ehtimalı barədə deyilənləri xatırladıq".

Bu hadisələri şərh edən ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayev ANS PRESS-ə bunları deyib: “Məlumat vermək istəyirəm ki, baş vermiş hadisəyə görə ANS əməkdaşlarının da məsuliyyəti az deyil. Milli Televiziya və Radio Şurasınin xəbərdarlığından sonra onlar ciddi xəbərdarlıq almışdır, lakin təkrar olunan hadisəyə görə, verilişin yaradıcı heyəti tam tərkibdə işdən azad olunub, proqramın yayımı hələlik dayandırılıb. Onun formatını dəyişdirilməsi istiqamətində təkliflər hazırlamaq tapşırığı verilib. Veriliş yeni yaradıcı heyətlə davam edəcək. ANS Beynəlxalq TV Yayım Assosiyasiyasının üzvü olaraq, biz birinci növbədə ora, habele dünyanın müxtəlif ölkələrinə, o cümlədən Amerika Birləşmiş Ştatlarındakı dostlarımıza, həmkarlarımıza müraciət etmişik ki, belə gözlənilməz faktların qarşısını almaq istiqamətində əldə etdikləri təcrübəni bizimlə bölüşsünlər. Nəticədə çox faydalı biliklərə malik olduq ki, onları da Milli Televiziya və Radio Şurası ilə bölüşmək fikrindəyik ki, belə hadisələr ölkəmizdə bir də təkrar olunmasın”.







24 Sentyabr, 2012  19:09 Baxılıb: 1007 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner