Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Avropa Gənclər Parlamentinin konfransı yekunlaşdı

Konfransda bir neçə ölkənin 55 nümayəndəsi iştirak edib

Avropa Gənclər Parlamentinin Azərbaycan nümayəndəliyinin Bakıda keçirilən I Milli Sessiyası yekunlaşdı. Əsas mövzusu “Avropaya inteqrasiyanın bir hissəsi ol” olan konfransda Rumıniya, Türkiyə, Gürcüstan, Böyük Britaniya və Azərbaycan nümayəndələri daxil olmaqla 55 nəfər iştirak edib. 4 komitənin (xarici işlər, daxili bazar və istehlakçının qorunması, insan hüquqları, təhsil və mədəniyyət) hazırladığı qətnamələr müzakirə olunub, səsə qoyulub və hamısı qəbul olunub. 
Bağlanış mərasimində iştirakçılar sertifikatlarla təltif olunublar və xarici qonaqlara çıxış üçün söz verildi. Xarici qonaqlar tədbirin yüksək səviyyədə keçirildiyindən bəhs ediblər. Onlar Azərbaycanlıların olduqca qonaqpərvər olduqlarını bildiriblər.
Növbəti gün xarici qonaqların şəhər gəzintisi baş tutub. Bu həftəsonu iştirakçıların qeyri-formal görüşü baş tutacaq.
Xatırladaq ki, konfrans Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Gənclər Fondu və Avropa Gənclər Parlamenti (AGP) tərəfindən dəstəklənib. Eyni zamanda tədbirin keçirilməsinə Gürcüstan Gənclər Parlamenti və AGP-Türkiyə böyük dəstək verib.






22 Sentyabr, 2012  13:35 Baxılıb: 938 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner