Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Avropa Qəzetçilər Dərnəyinin mükafatlandırma mərasimi keçirilib

.

Avropa Qəzetçilər Dərnəyinin növbəti 11-ci mükafatlandırma mərasimi keçirilib. Dərnəyin Azərbaycan bölməsinin rəhbəri Afaq Fərzəlibəyova Simsar.az-a bildirib ki, təntənəli gecə İstiqlal marşı ilə açıq elan edilib. Mükafatlandırma mərasimində Azərbaycan millət vəkilləri Qənirə Paşayeva və Ceyhun Osmanlı, Türkiyənin Azərbaycandakı keçmiş səfiri Hulusi Kılıç, Türkiyə Böyük Millət Məclisinin üzvləri, Şimali Kipr Türk Cümhuriyyəti Məclisinin sədri Hasan Bozer və KKTC-nin millət vəkilləri, Türkiyənin çoxlu sayda millət vəkilləri, ictimai-siyasi xadimləri, tanınmış sənətçiləri və jurnalistləri, iş adamları, Azərbaycanın əməkdar artisti Tünzalə Ağayeva, türkiyəli sənətçilərdən Mustafa Ceceli, Safiye Soyman və məşhur “Aşkı Memnu” serialının aktyorları, modelyer Gülnarə Xəlilova, gənc iş adamı Taleh İmanov da qatılıb.
Mərasimdə şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib. Millət vəkili Qənirə Paşayevanın Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsinə və şəhidlərə həsr etdiyi "Şəhidim" əsəri bütün şəhilərin xatirəsinə ehtiram olaraq əməkdar artist Tünzalə Ağayevanın ifasında səsləndirilib.
Mükafatlandırma mərasimində Azərbaycan millət vəkilləri Qənirə Paşayeva və Ceyhun Osmanlı "ilin ən yaxşı millət vəkili", Türkiyənin ölkəmizdəki keçmiş səfiri Hulusi Kılıç Azərbaycanda göstərdiyi xidmətlərə görə "ilin ən yaxşı səfiri", Tünzalə Ağayeva "ilin ən yaxşı azərbaycanlı sənətçisi" , Gülnarə Xəlilova "ilin ən yaxşı modelyeri", Taleh İmanov "ilin ən yaxşı gənc iş adamı" adına layiq görülüb.
Millət vəkili Qənirə Paşayeva Türk xalqlarının birləşməsi və inkişafı naminə xidmətlərinə görə xüsusi mükafatla təltif olunub.
Qeyd edək ki, Avropa Qəzetçilər Dərnəyinin ənənəvi mükafatlandırma mərasimində Azərbaycan üçüncü dəfədir ki, iştirak edir. “İlin ən yaxşıları” mükafatı Avropa Qəzetçilər Dərnəyi tərəfindən hər il müxtəlif sahələrdə uğur qazanan insanlara verilir.






21 Sentyabr, 2012  18:39 Baxılıb: 1501 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner