Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

4 millət vəkili İlham Rəhimova etiraz etdi

“Özünü hüquq elmləri doktoru, professor hesab edən İlham Rəhimov bu ittihamedici sualla mətbuata niyə müraciət edir?”

İş adamı İlham Rəhimovun Milli Ordunun zabiti Ramil Səfərovla bağlı “Yeni Müsavat” qəzetinə verdiyi müsahibədə yer alan bəzi fikirlər deputatların ciddi narazılığına səbəb oldub.

Millət vəkilləri İlham Rəhimovun “Ramil ölkəyə gələndə xeyli ictimai xadimlər, hətta deputatlar yığışıb onun evinə getmişdilər. Sual olunur, Ramil həbsdə olanda, anası rəhmətə gedəndə o adamlar zabitimizin evinə getmişdilərmi, atası ilə maraqlanmışdı?” fikrinə etiraz ediblər.

İlham Rəhimova çox ciddi və qəti etirazlarını bildirənlər vaxtilə bəzi millət vəkilləri və ictimai xadimlərdən ibarət Ramil Səfərovun hüquqlarının müdafiəsi üzrə İctimai Şuranın bir qrup üzvləri - Umid Rəhimoğlu, Azay Quliyev, Qənirə Paşayeva və Məlahət İbrahimqızıdır.

Simsar.az adları çəkilən şəxslərin İlham Rahimova cavabını təqdim edir:

“Bizə çox maraqlıdır ki, özünü hüquq elmləri doktoru, professor hesab edən İlham Rəhimov bu ittihamedici sualla mətbuata niyə müraciət edir. Bunun səbəbi nədir. Bəlkə insanlar Ramilə olan sevgilərini bildirəndə ona hesabat verməli və ya ondan icazə almalı idilər?

İlham Rəhimov ən azı ictimaiyyət və millət vəkilləri haqqında belə məsuliyyətsiz fikir səsləndirməzdən öncə Ramil Səfərovdan, onun ailəsindən və ya atası Sahib müəllimdən soruşa bilərdi. İlham Rəhimov mətbuatda ittiham dolu sualları səsləndirməzdən öncə Sahib müəllimdən 2 dəqiqə ərzində bütün cavabları ala bilərdi. Biz ondan fərqli olaraq, etdiklərimiz haqqında səhifə-səhifə müsahibələr verməmişik və bunu ayıb hesab etmişik. Biz Müdafiə Şurasının üzvləri gördüyümüz işləri dilə gətirməyi insanlıqla uyğun olmayan bir şey hesab etmişik. Müdafiə Şurasının üzvləri müntəzəm olaraq Ramil Səfərovla və onun ailəsilə əlaqə saxlamış, onların ən çətin və ağır günlərində, ailə üzvlərinin yanında olmuş və mümkün olan hər cür dəstəyi heç zaman əsirgənməmişdir. Əgər İlham Rəhimov daha çox məlumat almaq istəsə, Müdafiə Şurasının üzvlərinə müraciət edə bilər.

Sadəcə kiminsə etdiyi belə kiçik məsələlər haqqında danışmağı və ya başqalarına qarşı hörmətsizlik etməsi onun özünün hansı keyfiyyətə malik olmasının göstəricisidir.

Əlbəttə, Ramil Səfərov həbsdən azad olunan zaman bütün ictimaiyyət onunla görüşmək arzusunda idi. Görüşməyə gələn bir qrup ictimai xadim və millət vəkilləri Ramil həbsdə olduğu zaman yaranmış Müdafiə Şurasının üzvləri idi. Onlar Ramilə həmin gün müqəddəs yerləri ziyarət etməkdə hörmət naminə yoldaşlıq edirdilər.

Əlbəttə, bu tərzdə ittihamedici suallarla mətbuatda çıxış etmək nə bir hüquqşünasa, nə də bir insana hörmət gətirər. Və bir də kiminsə kimə qarşı etdiyi hər hansı xeyirxah bir əməlini səsləndirməsi insan mədəniyyətinə və humanism prinsiplərinə zidd olan bir şeydir.

Ramil xalqımızın ləyaqətli və qeyrətli oğludur. O, bunu əməli ilə sübut etmişdir. Ona dəstəyi isə bütövlükdə xalq öz sevgisi ilə bildirmişdir. Bir də ki, axı ən ən böyük, çətin və məsuliyyətli problemi hər zaman xalqına söykənən və xalqın dəstəyinə istinad edən cənab Prezidentimiz öz cəsarəti, qətiyyəti və vətənpərvər addımı ilə həll etdi.

Əslində çox tanınmış və cəmiyyətdə kifayət qədər nüfuzları olan Müdafiə Şurasının üzvləri bu cür suallara, cavab vermək istəməzdi.
Təəssüf ki, İlham Rəhimovun ziyalıya yaraşmayan tərzdə, ittihamla dolu, manşetlərdə verilən sualları ictimaiyyətdə çaşqınlıq yaratmasın deyə, Müdafiə Şurasının üzvləri bu açıqlamanı verməyə məcbur etdi.

Ramil Səfərovun hüquqlarının müdafiəsi üzrə İctimai Şuranın bir qrup üzvləri

Azay Quliyev
Qənirə Paşayeva
Məlahət İbrahimqızı
Umid Rəhimoğlu






21 Sentyabr, 2012  17:04 Baxılıb: 1255 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner