Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

«Çingiz müəllim, utanmasan oynamağa nə var ki...» - CAVAB

Elşad Abdullayevin vəkili Çingiz Qənizadəyə cavab verdi 

Fransaya sığınmış keçmiş ABU rektoru Elşad Abdullayevin son bəyanatı gündəmin əsas müzakirə mövzularından biridir. Bu bəyanatda E.Abdullayev ilk dəfə olaraq qardaşı Mahir Abdullayevin oğurlanması işində deputat Gülər Əhmədovanın adını hallandırıb.

Bildirib ki, G.Əhmədova 2005-ci ilin parlament seçkilərindən az əvvəl rəfiqəsi Babayeva Sevinc Telman qızının vasitəsi ilə ondan 2 milyon dollar pul alıb, əvəzində deputatlıq mandatı və qardaşı Mahirin azadlığını vəd edib. Bu pul Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevə vermək üçün alınıb.

Gülər Əhmədova 2 milyonluq rüşvət və şantaj ittihamı qarşısında hələ ki susur. E.Abdullayevin bəyanatı yayılandan sonra sosial şəbəkədə səviyyəsiz bir status yazaraq nədənsə mətbuatı təhqir etməyə ehtiyac görən xanım deputat keçmiş rektorun ittihamlarını cavablandırmır.
Əvəzində isə başqa bir deputat - Çingiz Qənizadə bu gün Elşad Abdullayevin əleyhinə böyük bir məqalə yazıb, ona qarşı bir sıra rüşvət ittihamları irəli sürüb.

Qarşı tərəfin cavabı da özünü çox gözlətməyib. E.Abdullayevin vəkili Adil İsmayılov aidiyyatı olmadığı halda ortaya atılaraq diqqətləri öz üzərinə çəkən deputata sosial şəbəkədə iki cümləlik cavab verib:

«Heç kim bilməsə də Çingiz Qənizadə Azərbaycanda deputatların necə «qayırılmasını» çox gözəl bilir. Onun öz sözü ilə desəm, nə isə... Çingiz müəllim, utanmasan oynamağa nə var ki...»






21 Sentyabr, 2012  13:15 Baxılıb: 1102 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner