Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Zəfər Quliyev: “İctimai Palata iki partiyanın arxasınca sürünür”

“Yaxın günlərdə qərarımızı açıqlayacağıq”


İctimai Palatanın Koordinasiya Şurasının üzvü, politoloq Zəfər Quliyev qurumdan istefa verdiyini təsdiqləyib. Simsar.az-ın sorğusuna savab olaraq politoloq bildirib ki, İctimai Palata iki partiyanın arxasınca sürünmək, onların sözləri ilə hərəkət etmək siyasətini götürüb.


“İctimai Palatanın sonuncu iclasında təkcə mən deyil, Pənah Hüseyn, Köçəri Nağıbəyli də AXCP və Müsavat Partiyasının Yeni Azərbaycan Partiyasının qərargahında Avropa Parlamentinə göndərilən bəyanatı imzalamalarını tənqid etdik. Pənah bəy orada çışış edib dedi ki, partiyaların bəyanata imza atmaları onların öz mövqeyi kimi qəbul olunsun. Yəni Ramil Səfərovla bağlı palatada heç bir fikir ayrılığı yoxdur. Düşünürük ki, Avropa Parlamenti Səfərovla bağlı düzgün mövqe ortaya qoymayıb. Biz sadəcə partiyaların qətnamənin tam mətninə qarşı çıxmalarını siyasi cəhətdən səhv saymışıq. Mövqeyimizi ortaya qoyduq, amma keçmədi. Koordinasiya Şurasında çoxluq partiyaların mövqeyini dəstəklədi. Biz də şəxsi seçimimizi etdik.
Yaxın günlərdə istefa qərarımızı açıqlayacağıq”.

İctimai Palatanın Koordinasiya Şurasının üzvü Rauf Arifoğlunun musavat.com-a verdiyi məlumata görə, o, İP-dən istefa verməyib, bu barədə düşünmür, istefa faktına görə təəssüfünü bildirir: "Mən bunun qarşısını almağa çalışdım, ancaq təəssüf ki, müvəffəq ola bilmədim".

Beləliklə, aydın olur ki, İctimai Palatanın parçalanması və dağılması haqqında informasiyalar, yumşaq desək, xeyli şişirdilib






20 Sentyabr, 2012  16:49 Baxılıb: 966 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner