Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Gülər Əhmədova “zurnalistlər” dedi


Millət vəkili Elşad Abdullayevin bəyanatını dərc edənləri təhqir etdi

Azərbaycan Beynəlxalq Universitetinin keçmiş rektoru Elşad Abdullayevin millət vəkili Gülər Əhmədova haqqında mətbuatda dərc olunan bəyanatı deputatı sərt açıqlama verməyə məcbur edib. Deputat ABU-nun keçmiş rektorununu bəyanatını yayan bəzi KİV-ləri və jurnalistləri sərt ittiham edib. Simsar.az-ın məlumatına görə, millət vəkili bununla bağlı özünün Facebook səhifəsində belə yazıb:

“Deyir əvvəl danışan bilsə ki, sonra danışan nə deyəcək? Bir az bundan qabaq da sinəsinə döyənlər, "mən haqqam" deyənlər hansı rəzilliyi müdafiə etdiklərini bilib susublar. Yenə başladılar, 5- 10 manat alıb şər kampaniyasina qoşulmağa! Amma qınamıram, bəzi zurnalistləri kimliyindən asılı olmadan pulunu alıb, yəni səhifəsini, yerini satır, yazısını qoyur. Allah bazar verməsin, zurnalistlər”.

Qeyd edək ki, fəaliyyəti dayanan Azərbaycan Beynəlxalq Universitetinin keçmiş rektoru Elşad Abdullayev millət vəkili Gülər Əhmədovadan Baş Prokurorluğa şikayət edib. E.Abdullayev deputatı 2 milyon dollar rüşvət almaqda ittiham edib.






20 Sentyabr, 2012  15:02 Baxılıb: 1289 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner