Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Xarici ölkələrdəki səfirlərimiz Bakıya toplaşır

Sentyabrın 21-23-də Bakıda Azərbaycanın xarici ölkələrdəki diplomatik missiyalarının rəhbərlərinin 4-cü müşavirəsi keçiriləcək.  

Simsar.az-ın məlumatına görə, bu barədə jurnalistlərə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev məlumat verib. Müşavirədə Azərbaycan prezidenti İlham Əliyevin giriş nitqi söyləyəcəyi gözlənilir. Daha sonra xarici işlər naziri Elmar Məmmədyarov səfirlər qarşısında çıxış edəcək. 

Müşavirə çərçivəsində “Qlobal siyasi tendensiyalar və onları regiona təsiri” mövzusunda panelin keçirilməsi nəzərdə tutulur. Paneldə ABŞ-da fəaliyyət göstərən Mərkəzi Asiya və Qafqaz İnstitutunun rəhbəri Frederik Starr, Türkiyənin keçmiş xarici işlər naziri Hikmət Çətin, İslam Əməkdaşlığı Təşkilatının baş katibinin müavini Əbdülmuiz Buxari çıxış edəcəklər. Tədbir Azərbaycan Diplomatik Akademiyasının yeni tədris kompleksində keçiriləcək.






19 Sentyabr, 2012  18:46 Baxılıb: 876 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner