Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

"Azərsu"dan daha bir yenilik

19 yaşayış məntəqəsində 21 subartezian quyusu istifadəyə verilib

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti Bakı şəhəri ilə yanaşı regionlarda da içməli su təchizatı layihələrinin icrasına xüsusi diqqət yetirir. Cəmiyyətin mətbuat xidmətindən Simsar.az-a verilən məlumata görə, "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq bölgələrdə su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması istiqamətində genişmiqyaslı işlər həyata keçirilir. İlkin mərhələdə içməli sudan daha çox əziyyət çəkən yaşayış məntəqələrində tədbirlər görülür. 

Bu istiqamətdə görülən işlər çərçivəsində 2012-ci ili 8 ayında Lerik, Yardımlı, Xızı, Balakən, Ağcabədi, Samux, Zaqatala, Şəki, Goranboy, Ağdam və Qazax rayonlarının 19 kənd və qəsəbəsində əhalinin suya olan tələbatını ödəmək məqsədiilə “Birləşmiş Sukanal” MMC-nin sifarişi əsasında 21 subartezian quyusu qazılaraq sakinlərin istifadəsinə verilib. “Birləşmiş Sukanal” MMC-nin xidmət göstərdiyi ərazilərdə 48,5 km uzunluğunda paylayıcı su xətti çəkilib. Ümumilikdə görülmüş işlər nəticəsində 10 min nəfərin içməli su təchizatı əsaslı şəkildə yaxşılaşıb.

Bunlarla yanaşı Salyan rayonunun Xıdırlı kəndinin su təchizatını yaxşılaşdırmaq məqsədi ilə Kür-Bakı kəmərindən 15,7 km uzunluğunda yeni magistral su xətti çəkilib. Zaqatala rayonunun Danaçı kəndinin su təchizatının yaxşılaşdırılması layihəsi çərçivəsində 200 kubmetr tutumu olan su anbarı tikilmiş, polietilen borularla 5,6 km uzunluğunda magistral, 2 km uzunluğunda isə kənddaxili su xətləri çəkilib.

Qeyd edək ki, “Azərsu” ASC-nin “Birləşmiş Sukanal” MMC ölkənin 54 rayonuna xidmət göstərir.






19 Sentyabr, 2012  02:24 Baxılıb: 979 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner